Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyən 47 rusiyalı sənətçiyə qarşı sanksiya tətbiq olunavaq.
Sanksiya siyahısını Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi hazırlayıb.
Bu barədə Ukraynanın mədəniyyət naziri Aleksandr Tkaçenko öz "Facebook" səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, qərar artıq Nazirlər Kabineti tərəfindən dəstəklənib və indi yalnız Milli Təhlükəsizlik, Müdafiə Şurası və Ukrayna prezidenti Vladimir Zelenski ilə sanksiyaları razılaşdırmaq qalır.
Siyahıya musiqiçilər Nikolay Baskov, Dima Bilan, Polina Qaqarina, Oleq Qazmanov, Djiqan, Larisa Dolina, Sergey Jukov, Qriqori Leps, Nikolay Rastorquev və Timati, aktyorlar Dmitri Xaratyan, Yana Poplavskaya, Dmitri Pevtsov, Nikita Mixalkov, Vladimir Başarov və Marat Maşarov daxildir. Həmçinin, siyasətçilər və teleaparıcı təbliğatçılar Nailə Əsgərzadə, Roman Babayan, Aleksey Qudoşnikov, Aleksandr Duqin və Modest Kolarov "qara siyahı"ya salınıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.