8-10-2025, 18:48 285

Emin Əmrullayevin tənqid etdiyi kitabları kim hazırlayır? - RƏSMİ CAVAB

Bir müddət əvvəl elm və təhsil naziri Emin Əmrullayevin dərsliklərin keyfiyyəti ilə bağlı səsləndirdiyi tənqidi fikirlər ictimai müzakirələrə səbəb olub.

Nazir "Azərbaycan tarixi dərsliklərinin dili şagirdlərin yaş xüsusiyyətlərinə uyğun deyil" deyərək, tarix və biologiya fənləri üzrə yeni dərsliklərin hazırlanmasına ehtiyac olduğunu bildirib.

"Tarix kitablarının çoxu sadəcə faktların sıralanmasından ibarətdir. Düşünürəm ki, bu dəyişməlidir. Biologiya fənni üzrə dərsliklərimiz də beynəlxalq standartlara uyğun deyil. Oturub uşaqlara normal dərslik yazmaq lazımdır", - deyə o, qeyd edib.

Nazirin çıxışı sosial şəbəkələrdə geniş rezonans doğurub. Bəziləri bildirir ki, dərsliklərin hazırlanmasına elə nazirlik cavabdehdir, ona görə də bu tənqid qurumun özünə yönəlib. Digərləri isə hesab edir ki, Emin Əmrullayev illərlə formalaşmış köhnə yanaşmaları dəyişmək istəyir. Müzakirələr bir daha göstərdi ki, dərslik məsələsi cəmiyyət üçün hələ də ən həssas təhsil mövzularından biridir.

AVESTA.AZ xəbərinə görə, Elm və Təhsil Nazirliyindən Modern.az-a daxil olan məlumatda qeyd olunur ki, dərsliklərin hazırlanması prosesi konkret qaydalar və çoxmərhələli qiymətləndirmə mexanizmləri ilə tənzimlənir.

Ümumi təhsil pilləsi üçün dərsliklər Nazirlər Kabinetinin 2020-ci il 25 fevral tarixli 67 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil müəssisələri üçün dərslik, dərs vəsaiti və digər tədris metodik vəsaitlərin hazırlanması Qaydası"na əsasən tərtib edilir.

Ümumi təhsil pilləsi üçün dərsliklər ümumi təhsilin dövlət standartları əsasında hazırlanmış təhsil proqramlarını (kurikulumları) əhatə edir. Həmin təhsil proqramları (kurikulumlar) təhsilalanlarda formalaşdırılacaq bilik, bacarıq və səriştələri müəyyənləşdirir. Ümumi təhsil müəssisələri üçün hazırlanacaq dərsliklər və tədris vasitələri müəyyən qaydalara əsasən tərtib olunur. Bu qaydalar dərsliyin həm məzmun, həm də tərtibat baxımından yüksək keyfiyyətli olmasını təmin etməyə yönəlib.

Qaydaya əsasən, dərsliyin elmi baxımdan dəqiq, etibarlı və inkişafyönümlü olması vacibdir. Onun məzmunu şagirdlərin yaş xüsusiyyətlərinə uyğun, dəyəryönümlü və tərbiyəvi məzmun daşıyan, həmçinin Azərbaycan qanunvericiliyinə uyğun olmalıdır.

Bundan əlavə, dərsliyin hazırlanmasında müasir pedaqoji və metodiki yanaşmalardan istifadə edilməli, dizayn və tərtibat isə həm estetik, həm də məntiqli şəkildə qurulmalıdır.

Qiymətləndirmə zamanı dərsliklər 100 ballıq sistemlə dəyərləndirilir:

Təhsil proqramına uyğunluq - 30 bal,

Məzmunun elmi və tərbiyəvi səviyyəsi - 40 bal,

Pedaqoji-metodiki yanaşmalar - 20 bal,

Dizayn və tərtibat - 10 bal.

Beləliklə, dərsliyin uğurlu sayılması üçün onun həm elmi məzmun, həm də tərbiyəvi, metodiki və vizual keyfiyyətlər baxımından balanslı şəkildə hazırlanması əsas şərtdir.

Qrif verilməsi üçün dərsliyin qiymətləndirilməsini həyata keçirmək məqsədilə nazirlik tərəfindən müvafiq sahədə 10 (on) ildən artıq pedaqoji təcrübəsi və ya elmi dərəcəsi olan ən azı 3 (üç) nəfər mütəxəssis cəlb edilir.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, bunlarla yanaşı hazırlanmış dərslik və onunla komplekt təşkil edən metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi həyata keçirilir:

"Bu zaman dərslik komplektlərinin layihələri www.trims.edu.az saytının "İctimai müzakirədə olanlar" bölməsində yerləşdirilir. Saytda dərslik komplektlərinin məzmunu ilə tanış olmaq, xüsusi ayrılmış sahədə irad və təklifləri qeyd etmək imkanı yaradılır. İrad və təkliflər [email protected] elektron ünvanına da göndərilə bilər. Paralel olaraq, Elm və Təhsil Nazirliyi alimlərin, təhsil işçilərinin, aidiyyəti dövlət qurumlarının dərslik layihələrinə dair rəy, irad və təkliflərini almaq üçün müvafiq qurumlara müraciət edir. Dərslik layihələrinə istifadə hüququ verilənədək Nazirliyə daxil olmuş bütün rəy və təkliflər ümumiləşdirilərək nəşriyyat-poliqrafiya müəssisələrinə təqdim olunur və məqbul sayılan rəylər layihədə nəzərə alınır.

Əlavə olaraq, həmin dərsliklər Dövlət İmtahan Mərkəzinin dərsliklərin nəşrqabağı elmi-metodiki monitorinqinin nəticələri əsasında da təkmilləşdirilir".

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR