
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 11 oktyabr 2025-ci il tarixində Salyan şəhərində, Nazirliyin Muğan Regional Mərkəzinin binasında saat 10:00-dan Salyan və Neftçala rayonları sakinlərinin qəbulu keçiriləcəkdir.
Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.
Bildirilib ki, qəbula gələn vətəndaşların qeydiyyatı 10 oktyabr 2025-ci il tarixdə Nazirliyin Muğan Regional Mərkəzinin binasında saat 09:00-da başlayacaqdır.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.