
Qusarda əkin sahələrini yandıran 3 nəfər məsuliyyətə cəlb olunub.
Bu barədə AVESTA.AZ-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Qusar rayonunun müxtəlif ərazilərində biçilmiş taxıl sahələrini yandırmaqda şübhəli bilinən rayon sakinləri B.Xeyrullayev, O.Mehdixanov və M.Cəfərov müəyyən olunublar. Hər üç şəxs barəsində Rayon Polis Şöbəsində qanunamüvafiq tədbir görülüb.
Araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.