
Sabirabadda toy mərasimində bıçaqlanan şəxs ölüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, rayonun Qaragüney kənd sakini, 1987-ci il təvəllüdlü İsrafilov Telxas Telman oğlu toy mərasimində bıçaqlanıb.
Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, səhər saatlarında vəfat edib.
Hadisəsini törətməkdə şübhəli bilinən Qaragüney kənd sakini, İsrafilovun tanışı, 1984-cü il təvəllüdlü Muradov Xəqani polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.