
Bu gün futbol üzrə 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində səkkiz qarşılaşma oynanılacaq.
BAKU.WS xəbər verir ki, günün ilk matçı San Marino ilə Kipr yığmaları arasında baş tutacaq.
Günün digər görüşlərində Farer adaları Çexiya ilə, Niderland Finlandiya ilə, Şotlandiya Belarusla, Xorvatiya Cəbəllüttariqlə, Danimarka Yunanıstanla, Litva Polşa ilə, Rumıniya isə Avstriya ilə üz-üzə gələcək.
Oyunların başlama saatları:
17:00 – San Marino – Kipr
20:00 – Farer adaları – Çexiya
20:00 – Niderland – Finlandiya
20:00 – Şotlandiya – Belarus
22:45 – Xorvatiya – Cəbəllüttariq
22:45 – Danimarka – Yunanıstan
22:45 – Litva – Polşa
22:45 – Rumıniya – Avstriya
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.