
Mingəçevirdə zirzəmidə köməksiz vəziyyətdə atılmış körpə uşaq tapılıb.
BAKU.WS teleqraf-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, Sənaye Parkı ilə üzbəüz binanın zirzəmisində qeydə alınıb.
Ətrafdakıların köməyi ilə körpə xilas edilərək təcili olaraq xəstəxanaya çatdırılıb.
Körpənin kimliyi və onu zirzəmiyə kimin atması hələ ki məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.