
Xalq artisti Emin Ağalarov ailəsi ilə birlikdə Kaliforniyanın Los-Anceles şəhərində yerləşən məşhur "Universal Studios Hollywood" kinostudiyası və əyləncə parkını ziyarət edib.
AVESTA.AZ xəbər verir ki, sənətçi gəzintidən çəkilən görüntüləri sosial şəbəkədə izləyiciləri ilə paylaşıb. Videoda həyat yoldaşı Alyona Qavrilova və qızı Afina da görünür.
Qeyd edək ki, "Universal Studios" hələ də fəaliyyətdə olan ən qədim və məşhur Hollivud kinostudiyalarından biridir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.