18-11-2022, 16:56 541

Sədrəddin Soltan: “Siyasət ən ali peşədir”

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Report Media Məktəbinin tələbələri ilə görüşdə siyasət elminin əhəmiyyətini vurğulayıb.

“Siyasət ən ali peşədir. Çünki bütün sahələrdə siyasət var. Siyasətin müdaxilə etmədiyi heç bir sahə yoxdur”, - o bildirib.

“Report” xəbər verir ki, S.Soltan İranda olan hazırkı vəziyyətdən, milli-mədəniyyət, dil məsələsindən də danışıb.

”Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında güney azərbaycanlıların da əməyi olub. Güney Azərbaycan insanı öz milli hüquqları uğrunda neçə dəfə inqilab edib. Səttarxan hərəkatı zamanı onun əsasında məşrutə, qanunun aliliyi, konstitusiyalı monarxiya ideyası dayanırdı. 1920-ci ildə Şeyx Məhəmməd Xiyabani “Azadıstan” adından dövlət qurdu. Dövlət 6 ay sonra süqut etdi. Ötən əsrin 40-cı illərində Pişəvərinin başçılıq etdiyi hərəkat başlamışdı. 1945-ci il dekabrın 12-də Azərbaycan milli hökuməti və proqramı elan olunur. Bu hərəkatı da 1946-cı ildə qan içində boğurlar. Son hərəkat 1979-cu il inqilabı dövründə başlayıb. Onun mənəvi lideri Ayətullah Məhəmməd Kazım Şəriətmədari idi”, - S.Soltan qeyd edib.

Siyasi şərhçi İranda baş verən bugünkü hadisələrə də münasibət bildirib:

“İranda hadisələr gözlənilmədən baş vermir. Dünyanın hansı bölgəsində aksiyalar varsa, onların hamısı planlı idarə olunur. İrandakı aksiyalar da planlaşdırılıb, idarə olunur”.

Sədrəddin Soltan (İsmayılov) 1962-ci ildə Biləsuvarda anadan olub. 1985-90-cı illərdə Azərbaycan Aqrar Universiteti, 1995-97-ci illərdə Qərb Universitetində təhsil alıb. 1989-cu ildən “Yeni Müsavat” qəzetində çalışmağa başlayıb.

1993-94-ci illərdə Azərbaycan Respublikasının İrandakı səfirliyində, 1998-ci ildən 2001-ci ilədək “Yeni Müsavat” qəzetində siyasi şərhçi, “Azadlıq” radiosunda Güney Azərbaycan məsələləri ilə bağlı şərhçi, “Cümhuriyyət”, “Reytinq”, “Günaydın”, “Elçi”, “Paralel”, “Ölkə” qəzetlərində müxbir və şərhçi, 2001-2008-ci illərdə “Ayna” və “Zerkalo” qəzetlərində xarici siyasət mövzuları ilə bağlı şərhçi, diaspora və xəbərlər üzrə müxbir vəzifələrində, 2008-2012-ci illərdə “Elçi” qəzetində müxbir, redaktor olaraq çalışıb. 2012-2014-cü illərdə “Lent.az” portalında şərhçi kimi fəaliyyət göstərib.

2014-cü ildən Report İnformasiya Agentliyində siyasi şərhçi kimi çalışır.

Paylaş

Xəbər lenti

Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48 Qvardiola İtaliya millisindən aldığı təkliflə bağlı ilk dəfə danışdı Bu gün, 13:48 Altsheymer xəstəliyinin inkişafını ləngidən yeni preparat hazırlanıb Bu gün, 13:48 13 yaşında satışa başladı, 16 yaşında az qala müflis oldu – milyarder uğur sirrini açıqladı Bu gün, 13:48 Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48 Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb Bu gün, 12:48 Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat Bu gün, 12:48 Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq Bu gün, 12:48 Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib Bu gün, 12:48 Mərhum nazirin gəlini ilk dəfə qayınanası ilə görüntülərini paylaşdı Bu gün, 12:48 Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib Bu gün, 12:48 Bakıda şagirdlər arasında insident - DİN-dən açıqlama Bu gün, 12:48 2026-cı ilin ən gözəl qızı seçildi Bu gün, 12:48 Təhsildən praktikaya, icradan auditə Bu gün, 12:48 Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib Bu gün, 11:48 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib Bu gün, 11:48 "Azərsun Holdinq"in istehsalat müəssisələrində birgə infotur keçirilib Bu gün, 11:48 Rəhman Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur" Bu gün, 11:48 Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir Bu gün, 11:48 Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın Bu gün, 11:48 "Qarabağ"da gözlənilməz ayrılıq baş verə bilər Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR