
Argentina millisinin və "İnter Mayami" klubunun hücumçusu Lionel Messi MLS-də növbəti rekorda imza atıb. O, liqa tarixində ardıcıl doqquz oyunda dubl edən ilk futbolçu olub.
BAKU.WS xəbər verir ki, bu barədə MLS-in rəsmi saytı məlumat yayıb.
Son oyunda "Atlanta"ya qarşı iki qol vuran Messi komandasının 4:0 hesablı qələbəsində əsas rol oynayıb.
Hazırda 38 yaşlı futbolçu 26 qolla MLS-in ən məhsuldar oyunçusudur. O, "Los-Anceles" klubunun yarımmüdafiəçisi, qabonlu Deni Buanganı (24 qol) geridə qoyub.
"İnter Mayami" Şərq konfransında 62 xalla üçüncü pillədə qərarlaşıb və mövsümün son oyununa hazırlaşır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.