
Deputat Elçin Mirzəbəyli Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının üzvlüyündən xaric edilib.
Onun müstəqil siyasi analitik kimi fəaliyyəti ilə bağlı istəyini nəzərə alaraq, belə bir qərar qəbul olunub.
AVESTA.AZ Modern.az-a istinadən xəbər verir ki, ƏHD Partiyası parlamentdə iki deputatla təmsil olunur.
Onlar partiyanın sədri Qüdrət Həsənquliyev və Elçin Mirzəbəylidir.
Elçin Mirzəbəylinin partiyadan çıxarılması barədə parlamentə rəsmi məlumat verildikdən sonra ƏHD-nin deputatlarının sayı birə enəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.