14-10-2025, 12:48 328

"Unibank" Kommersiya Bankı 2025-ci ilin üçüncü rübünün maliyyə nəticələrini açıqlayıb. Bankın əsas maliyyə nəticələri üzrə ilin əvvəlindən qeydə alınan artım, 3-cü rüb ərzində də davam edib. Bank hesabat dövründə ölkənin real iqtisadiyyatına töhfənin artırılması, nağdsız dövriyyənin yüksəldilməsi, rəqəmsallaşma və müştəri bazasının genişlənməsi sahələrində mühüm nəticələr əldə edib.

Hesabat dövründə bankın strateji hədəflərinə uyğun olaraq biznes kreditlərinin həcmi əhəmiyyətli dərəcədə artaraq, ümumi kredit portfelində payını yüksəltməkdə davam edib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə biznes kreditlərinin həcmi 25%-dən çox artaraq, 510 milyon manata yaxınlaşıb. Biznes portfelin tərkibində kiçik biznesə verilmiş kreditlərin də payında ciddi artım olub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu kreditlərin portfeldəki payında 43%-lik artım qeydə alınıb. Bankın ümumi kredit portfelində ötən ilin uyğun dövrü ilə müqayisədə qeydə alınan artım isə 112 milyon manat təşkil edib.

"Unibank" KB ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib:

"2025-ci ilin 3-cü rübü "Unibank" üçün sabit artım və dayanıqlı maliyyə nəticələri ilə yadda qaldı. Bankın kapital və aktiv bazasında yüksək artım qeydə alınıb. Müştəriyönümlü yanaşmamız, rəqəmsal bankçılıq həllərinin genişləndirilməsi və daxili idarəetmə proseslərində davamlı optimallaşdırmalar nəticəsində strateji inkişaf istiqamətlərimizi daha da möhkəmləndirdik. "Unibank" ölkənin real iqtisadiyyatına dəstəyini daha da artıraraq, xüsusilə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsində fəallığını gücləndirib. Qarşımızdakı dövrdə əsas məqsədimiz - innovativ, şəffaf və inklüziv maliyyə mühiti formalaşdırmaqla, həm müştərilərimiz, həm də ölkə iqtisadiyyatı üçün uzunmüddətli dəyər yaratmaqdır".

Hesabat dövründə nağdsız əməliyyatların həcmində və sayında yüksək artım qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə nağdsız əməliyyatların həcmi 23%, sayı isə 29% artıb. Üçüncü rübün sonuna nağdsız əməliyyatların həcmi 10.9 milyard manatı, sayı isə 337 milyonu ötüb.

Bankın müştəri bazası ötən ilin eyni dövrü ilə müqayisədə 10% artdığı üçün ümumi müştəri sayı 2.2 milyon nəfəri keçib. Ötən ilin eyni dövrü ilə müqayisədə sahibkar müştərilərin sayı 36%, hüquqi şəxslərin sayı isə 17%-dək artıb.

Dövr ərzində depozit portfeli də sabit artım nümayiş etdirib və müddətli depozitlərin həcminin 60 milyon manat artması fonunda, ümumi depozit portfelinin həcmi 1,2 milyard manatı ötüb.

Bankın məcmu gəlirlərinin cəmi 277 milyon manata çatıb. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20 milyon manat artım deməkdir. Hesabat dövründə əməliyyat mənfəəti 42 milyon manat olub, xalis mənfəət isə 15.4 milyon manat təşkil edib.

Bankın kapital və aktiv bazasında yüksək artım qeydə alınıb. Məcmu kapital 33% artaraq, 224 milyon manata çatıb, aktivlərin həcmi isə 192 milyon manat artaraq 1.9 milyard manatı ötüb.

Bank ilk 9 ayı ərzində kapital adekvatlılığı əmsalını da yüksəldib. Bu göstərici 30 sentyabr 2025-ci il tarixə 14.74% təşkil edib.

"Unibank" - sənin bankın!

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR