Pakistan hökuməti Əfqanıstandakı "Taliban" hərəkatı ilə hərbi əməliyyatları dayandırmaq barədə razılığa gəlib. Atəşkəs bu gün saat 18:00-da qüvvəyə minəcək və 48 saat davam edəcək.
AVESTA.AZ Oxu.Az-a istinadən bildirir ki, bu barədə "Reuters" nəşri Pakistan Xarici İşlər Nazirliyinə istinadən məlumat verib.
Pakistan Xarici İşlər Nazirliyi əmin edib ki, tərəflər münaqişənin dialoq vasitəsilə sülh yolu ilə həllinə istiqamətləniblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.