
Sabirabad sakini itkin düşüb.
AVESTA.AZ DİN-ə istinadən xəbər verir ki, Sabirabad rayon sakini, 1959-cu il təvəllüdlü İbrahimov İmamverdi Şahbaz oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
İ.İbrahimovun əlamətləri: boyu 172 sm, arıq bədən quruluşlu, saçları ağ, gözlərinin rəngi qəhvəyidir.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə və ya Sabirabad Rayon Polis Şöbəsinə (02123 5 52 03, 050 352 69 89) məlumat vermələri xahiş olunur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.