16-10-2025, 16:48 354

Ramiz Mehdiyevin dövlət çevrilişi planı necə ifşa olunub? - Cinayət işinin DETALLARI

Təhlükəsizlik Şurasının üzvü, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərinin və dövlətə xəyanətinin detalları məlum olub.

AVESTA.AZ xəbər verir ki, APA-nın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Ramiz Mehdiyev Rusiyanın dəstəyi ilə dövlət çevrilişi etməklə bağlı plan hazırlayıb və bunu öz kanalları vasitəsilə Rusiyaya təklif edib.

Ramiz Mehdiyev nə vaxt hərəkətə keçib?

Ramiz Mehdiyev Azərbaycanla Rusiya arasında münasibətlərdə yaranmış gərginlik dövründən faydalanmağa çalışıb. Xatırladaq ki, ötən ilin 25 dekabrında AZAL təyyarəsinin Rusiya səmasında vurulmasından sonra Azərbaycan və Rusiya münasibətlərində ciddi gərginlik yaranıb. Rusiyanın AZAL təyyarəsinin vurulması ilə bağlı üzr istəyib, təzminat ödəməkdən boyun qaçırması rəsmi Bakıda kəskin etirazlar doğurub. Rusiya ilə münasibətlərin gərginləşməsi hər iki ölkənin ictimai və media mühitində geniş müzakirə və tənqidlərə səbəb olub.

Ramiz Mehdiyev isə bu vəziyyətdən istifadə edərək, öz kanalları və köhnə dostları vasitəsilə Rusiyaya dövlət çevrilişi planının hazır olduğunu, bu məsələdə Moskvadan dəstək gözlədiyini çatdırıb.

Xatırlatmaq yerinə düşər ki, Rusiya-Azərbaycan münasibətlərində gərginlik pik həddə olanda - bu il mayın 9-da İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə tədbir təşkil etmişdi. Bu hərəkətinə görə vəzifəsindən uzaqlaşdırılan, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilmiş Saleh Səmədov Ramiz Mehdiyevin köhnə dostlarından və biznes ortaqlarından biri hesab olunur.

Ramiz Mehdiyevin hansı planı olub?

Ramiz Mehdiyev planında dövlət hakimiyyətini zorla ələ keçirdikdən sonra keçid dövrü üçün müvəqqəti Dövlət Şurası formatında qurum yaradılmasını təklif edib. Bu plan 87 yaşlı köhnə bürokratın özünün rəhbər olmasını nəzərdə tutub. Məlumata görə, Mehdiyev rəhbərlik edəcəyi Dövlət Şurasında təmsil olunacaq şəxslərlə bağlı məlumatı da Rusiya ilə bölüşüb.

Ramiz Mehdiyevin planı necə ifşa olunub?

Məlumatlı mənbənin bildirdiyinə görə, Azərbaycan və Rusiya prezidentlərinin görüşdüyü Düşənbədə Rusiya tərəfi özü Ramiz Mehdiyevin təklifi və onun şəbəkəsinin planı haqqında Azərbaycan tərəfinə məlumat verib.

Görünən odur ki, 87 yaşlı Ramiz Mehdiyev artıq davamlı xahişləri və israrı ilə Rusiyanı da bezdirib. Ona görə də Rusiya heç bir perspektiv vəd etməyən Mehdiyevdən tamamilə imtina edib və onun planı, şəbəkəsi ilə bağlı rəsmi Bakını özü məlumatlandırıb.

Ramiz Mehdiyev - Rusiyanın köhnə dostu

Ramiz Mehdiyevin Rusiyaya yaxınlığı həmişə bəlli olub. O, hələ sovet dövründən Moskvanın agentura şəbəkəsinin üzvü kimi tanınıb. Ramiz Mehdiyev uzun illər öz imkanlarından istifadə edərək, Azərbaycan hakimiyyətində də Rusiyanın "dostları" olan məmurların vəzifə pillələrində, parlamentdə və mediada irəliləmələrinə şərait yaradıb.

Vətən müharibəsindən əvvəl isə Azərbaycanda rusiyapərəst məmurlar vəzifələrindən uzaqlaşdırıldı, Ramiz Mehdiyev də vəzifəsindən azad olundu.

Bunun ardınca Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti seçilən Ramiz Mehdiyev orada da intriqalardan əl çəkmədi. AMEA-dan da siyasi məqsədləri üçün yararlanan Ramiz Mehdiyev elm mərkəzində dözülməz mühit yaratdı, az qala AMEA-nın bütün institutları onun istefasını tələb etdi. 2022-ci il fevral ayının 14-də AMEA-da keçirilən iclasda yaşı ilə əlaqədar vəzifəsini tərk etdiyini və bu məsələ ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edəcəyini bildirdi. Fevralın 19-da AMEA-nın Ümumi Yığıncağı keçirildi və Ramiz Mehdiyevin istefası qəbul edildi.

Ancaq martın 17-də Ramiz Mehdiyevin Akademiyada olduğu haqda məlumat yayıldı. AMEA-dan verilən açıqlamada Ramiz Mehdiyevin binaya şəxsi əşyalarını götürmək üçün gəldiyi bildirilmişdi. Ancaq sonra məlum oldu ki, Ramiz Mehdiyev Akademiyada, məhz Akademiya Prezidentinin otağında Rusiyadan gələn nümayəndələrlə - Rusiya Elmlər Akademiyasının prezidentinin köməkçisi ilə görüş keçirib.

Yay aylarında isə Ramiz Mehdiyevin bir qrup sabiq məmurla Novxanıda görüş keçirməsi barədə mediada məlumat yayıldı. Görüşün məzmunu barədə məlumat olmasa da, görüş tarixi Rusiya Azərbaycan münasibətlərindəki gərginliyin pik vaxtına təsadüf etdiyini göstərir.

Qeyd edək ki, Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrdə törədilmiş qanun pozuntuları ilə bağlı cinayət işi var. Hesablama Palatasının 2020-2023-cü illəri əhatə edən yoxlamaları nəticəsində AMEA-da çoxlu sayda nöqsan və qanunsuzluqlar aşkarlanıb.

Baş prokuror Kamran Əliyev bu il oktyabrın 1-də jurnalistlərə açıqlamasında bildirib ki, AMEA-dakı qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparılır.

"Həmin cinayət işində bir neçə epizod üzrə istintaq aparılıb, artıq bəzi epizodlarda ibtidai istintaq tamamlanıb. Cinayət işləri baxılması üçün məhkəməyə göndərilib", - deyə Baş prokuror vurğulayıb.

Ramiz Mehdiyevin ailəsi, sərvəti

Ramiz Mehdiyevlə bağlı mediada yayılan qalmaqallardan biri onun kürəkəni, eks-deputat İlham Əliyevin Novxanı qəsəbəsindəki bağ evində qızı Fidan Əliyevaya toy etməsi idi. 2020-ci il avqustun 18-də, ölkədə sərt karantin rejiminin tətbiq olduğu vaxtda Mehdiyevin bağ evində 100-dən çox qonağın iştirakı ilə keçirilən mərasim aşkarlanandan sonra onun kürəkəni İlham Əliyev inzibati qaydada həbs edilmişdi.

Mediada yayılan məlumatlara görə, Mehdiyev ailəsinin yüzlərlə hektar torpaq sahələri, saysız-hesabsız daşınmaz əmlakı, bank və böyük şirkətlərdə əmlak payları var. Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın "Baku Oksford Məktəbi"ndə 1/2 hissə pay uğrunda mübarizəsi bu yaxınlarda Ali Məhkəmədə onun məğlubiyyəti ilə başa çatıb.

Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Yuriyevna Mehdiyeva barəsində də məhkəmə iddiası qaldırılıb.

Qalina Yuriyevna Mehdiyeva barəsində məhkəmə iddiası qaldıran şəxs "Fireland Vineyards" MMC-nin ("Odlar Yurdunun Üzümlükləri") qanuni təmsilçisi Elmar Çingiz oğlu Səidovdur.

Ramiz Mehdiyevin ailəsi, yəni həyat yoldaşı Qalina Mehdiyeva və oğlu Timur Mehdiyev onun külli miqdarda borclanmasına səbəb olublar.

Yeri gəlmişkən, təkcə Novxanı qəsəbəsində Ramiz Mehdiyevin ailəsinə məxsus 155 hektar torpaq sahəsi olub.

Kənd Təsərrüfatı Nazirliyinin 2015-2018-ci illər üçün açıqladığı rəsmi məlumatlara görə, Novxanı kəndində subsidiya alan cəmi 2 fermer təsərrüfatı olub. Onlardan biri Qalina Yuriyevna Mehdiyevaya, digəri isə Timur Ramiz oğlu Mehdiyevə məxsus olub.

2017-ci ildə açıqlanan məlumata görə, Qalina Yuriyevna Mehdiyeva sahib olduğu 113 hektar torpaq sahəsinə görə 5 650 manat, Timur Ramiz oğlu Mehdiyev isə 42 hektar torpaq sahəsinə görə 2 100 manat subsidiya alıblar.

"Bank BTB" ASC də Ramiz Mehdiyevin ailəsinə məxsusdur. Belə ki, bu bankın səhmlərinin 74.98%-i (49 829 ədəd) Nigar İsmayıl qızı Mehdiyevaya - Ramiz Mehdiyevin gəlininə məxsusdur.

Ramiz Mehdiyev dövlət mükafatlarından məhrum ola bilər

Hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bu maddələr isə onun Təhlükəsizlik Şurasının üzvü statusundan, eyni zamanda fəxri adlardan və dövlət mükafatlarından məhrum ediləcəyi ehtimalını yaradır.

Ramiz Mehdiyev Azərbaycan Respublikasının "İstiqlal", "Şöhrət", "Şərəf" və Heydər Əliyev ordenləri ilə təltif olunub. O, həmçinin, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikasının Həqiqi dövlət müşaviri, YAP Veteranlar Şurasının üzvüdür.

YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə ötən gün Ramiz Mehdiyevin partiyadan çıxarılacağını deyib.

AMEA Prezidenti İsa Həbibbəyli isə bununla bağlı sualı eşidən kimi telefonu qapadıb.

Hüquqşünas Şamil Paşayev bildirib ki, Ramiz Mehdiyev xüsusilə ağır cinayət törətməkdə ittiham edilir:

"Ramiz Mehdiyevin xüsusilə ağır cinayət törətməkdə ittiham olunmasını nəzərə alaraq, onun fəxri adlardan və dövlət təltiflərindən məhrum edilməsinin zəruriliyi məhkəmə tərəfindən müəyyən edilə bilər. Belə ki, xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə cinayətin ictimai təhlükəliliyinin xarakterini və dərəcəsini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsinin zəruriliyi nəticəsinə gəldikdə onun Prezident sərəncamı ilə verilmiş adlardan və təltiflərdən məhrum edilməsi məsələsinə baxılması üçün bu barədə Prezidentə təqdimat göndərilməsi haqqında qərar qəbul edir".

Şamil Paşayev bildirib ki, digər dövlət orqanları tərəfindən verilmiş xüsusi və ya hərbi rütbədən, yaxud təltifdən məhrum edilmə ilə bağlı isə məhkəmə özü qərar qəbul edir.

Ramiz Mehdiyev barəsində cinayət işi və ittiham olunduğu maddələr

Qeyd edək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-da qərar qəbul edib.

Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Paylaş

Xəbər lenti

Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48 Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib Bu gün, 10:48 "Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48 Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR