Göyçayda avtomobil su kanalına aşıb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, hadisə rayonun Dövranlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, minik avtomobili kənd ərazisindən keçən Şirvan kanalına aşıb.
Sakinlərin köməkliyi ilə sürücü Habil Məhəmmədəli oğlu Talıbovun cansız bədəni sudan çıxarılıb.
Faktla bağlı cinayət işi açılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.