Türkiyənin "Haber Global" telekanalında Azərbaycanda keçirilən III Milli Şəhərsalma Forumu (NUFA3) ilə bağlı növbəti reportaj yayımlanıb.
Süjetdə forumun Bakıda keçirilən sessiyaların ardından öz işini başa çatdırdığı vurğulanıb.
Bildirilib ki, forumun son iş günündə iqlimə dayanıqlı şəhərlər, davamlı inkişaf və şəhərsalmada maliyyə modelləri mövzuları nəzərdən keçirilib.
Qeyd olunub ki, üç gün davam edən tədbirə 64 ölkədən nümayəndələr qatılıb. Forum Azərbaycanın regional şəhərçilik mərkəzinə çevrilmək yanaşmasını bir daha təsdiq edib.
Daha ətraflı "Haber Global"ın videomaterialında:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.