Müğənni Elçin Cəfərovun 41 yaşı tamam olub.
AVESTA.AZ xəbər verir ki, sənətçiyə ad günündə ən böyük hədiyyə oğlu Candan gəlib.
Belə ki, Canın rəsm əsərləri dünyanın ən böyük və nüfuzlu muzeylərindən olan Fransanın Paris şəhərində yerləşən "Luvr" muzeyində sərgilənib.
Tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva da iştirak edib.
Məlumat üçün bildirək ki, Can artıq bir neçə ildir professional şəkildə rəssamlıq və heykəltaraşlıqla məşquldur.
Onun əsərləri əvvəllər də müxtəlif ölkələrdə təşkil olunan sərgilərdə nümayiş olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.