Aktrisa Pərvin Abıyevanın 35 yaşı tamam olub.
BAKU.WS xəbər verir ki, o şou əhlinin bir araya yığaraq özünə təmtəraqlı ad günü keçirib. Məclis paytaxt məkanlarından birində baş tutub.
Aktrisa qonaqlarına sürpriz edib. O doğum günündə ilk dəfə müğənni kimi səhnəyə çıxaraq lirik mahnı ifa edib.
Abıyeva məclisdə DJ-lik də edib. Aktrisa gecə boyunca dostları ilə xeyli rəqs edərək əylənib.
Məşhurlar sosial şəbəkə hesablarında Abıyevanın ad günündən görüntülər paylaşıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.