20-10-2025, 09:48 311

Putinin Budapeştə uçuşu: Təhlükəsizliyi necə təmin ediləcək?

Macarıstanın xarici işlər naziri Peter Siyyarto bildirib ki, ölkəsi Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Donald Trampın Budapeştdə keçiriləcək görüşünün uğurla baş tutması üçün bütün zəruri addımları atacaq.

AVESTA.AZ-in məlumatına görə, ekspertlər "aif.ru"ya açıqlamalarında Rusiya liderinin Budapeştə uçuşu zamanı təhlükəsizliyin necə təmin olunacağını izah ediblər.

Rus qırıcıları sərhədə qədər müşayiət edəcək

Hərbi ekspert Yuri Knutovun sözlərinə görə, Rusiya Hava-Kosmik Qüvvələrinin (HKQ) qırıcıları "Bort №1" adlanan prezident təyyarəsini Rusiya ərazisi üzərindən uçuş zamanı müşayiət edəcək.

"Bizim qırıcılar Rusiya səmasında prezident təyyarəsini müşayiət edir. Neytral sular üzərində də müşayiət mümkündür, problem yoxdur. Amma başqa ölkələrin, məsələn, Türkiyənin səması üzərində bu artıq mümkün olmayacaq. O zaman təhlükəsizliyi həmin ölkə təmin edəcək",- deyə Knutov bildirib.

Ekspert əlavə edib ki, bəzi hallarda ölkələr arasında xüsusi razılaşmalar əldə edilə bilər və müşayiətin müəyyən hissəsi Türkiyə və Aralıq dənizi üzərində də davam etdirilə bilər.

"Aralıq dənizi üzərində müşayiət etmək mümkündür, çünki Suriyada yerləşən hərbi bazamız hələ də fəaliyyət göstərir. Amma NATO ölkələrinin səması üzərindən uçuş zamanı buna icazə verilməsi real deyil. Macarıstan hava məkanında isə rus təyyarəsini macar qırıcıları qarşılayacaq",- deyə Knutov vurğulayıb.

Ən təhlükəsiz marşrut – Xəzər və Türkiyə üzərindən

Ekspertin fikrincə, Vladimir Putinin Budapeştə uçuşu üçün ən təhlükəsiz marşrut Xəzər dənizi və Türkiyə üzərindən keçən yoldur.

"Bu marşrut əvvəlcə Ural istiqamətinə, oradan Xəzər dənizi sahəsinə, sonra isə Türkiyəyə və Avropaya uzanır. Məsafə uzaq olsa da, bu marşrut daha təhlükəsiz sayılır, çünki uçuş həmin ölkələrin üzərindən keçəcək ki, onların Rusiya ilə münasibətləri nisbətən sabitdir - məsələn, Serbiya, Monteneqro və Sloveniya",- deyə ekspert qeyd edib.

O əlavə edib ki, Qara dəniz üzərindən keçən marşrut isə Ukraynaya yaxınlıq səbəbindən risklidir. Yalnız ABŞ-nin diplomatik təsiri sayəsində bəzi ölkələrdən keçid icazəsi alındığı halda, daha qısa və düz marşrut mümkündür.

"Baltik ölkələri və Polşa, yəqin ki, hava dəhlizi verməyəcək. Buna görə də alternativ və dolayı bir marşrut seçiləcək," – deyə Knutov bildirib.

Yuri Knutov həmçinin ehtimal edib ki, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Putinin Budapeştə səfəri zamanı təxribat törətməyə cəhd göstərə bilər.

"Macarlar hər cür provokasiyanın və xüsusən də terror aktının qarşısını almağa çalışacaqlar. Amma Ukraynanın Macarıstana qarşı ciddi narazılığı var. Kiyev belə bir anı istifadə edərək ölkədə təxribat və ya diversiya törətməyə cəhd göstərə bilər",- deyə ekspert xəbərdarlıq edib.

Onun sözlərinə görə, təhlükə mənbəyi məhz Kiyev tərəfidir və Ukraynanın Hərbi Kəşfiyyat İdarəsinin (GUR) diversiya qrupları üçüncü ölkələrin bayraqları altında fəaliyyət göstərə bilər.

"Belə qruplar Avropa ərazisində üçüncü dövlətin adı ilə diversiya və ya təxribat törətməyə çalışa bilər",- deyə Knutov əlavə edib.

Paylaş

Xəbər lenti

Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR