
Füzulidə vaxtından əvvəl doğuş zamanı körpə ölüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, "2-ci Qayıdış" qəsəbə sakini 1997-ci il təvəllüdlü Mehdizadə Nərmin Qəhrəman qızı Füzuli Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, aparılan müayinələr zamanı hamiləliyin 7 ay yarım olması və doğulacaq qız uşağının ana bətnində ölməsi səbəbindən dölün xaric olunması qərarı verilib.
Hazırda ananın səhhəti vəziyyətə uyğun qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.