22-10-2025, 12:48 333

Baş nazir Əli Əsədov 5-ci Tbilisi İpək Yolu Forumunun açılış mərasimində iştirak edib

Gürcüstanda işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 22-də 5-ci Tbilisi İpək Yolu Forumunun açılış mərasimində iştirak edib.

Nazirlər Kabinetindən AVESTA.AZ-ə verilən məlumata görə, tədbirdə çıxış edən Ə.Əsədov Tbilisi İpək Yolu Forumunun əhəmiyyətini vurğulayıb, cəmi bir neçə il ərzində forumun regional və qlobal gündəlikdə yer alan mühüm məsələlərin müzakirəsi üçün nüfuzlu və səmərəli beynəlxalq platforma kimi formalaşaraq özünü tam şəkildə təsdiq etdiyini deyib.

Baş nazir Şərqlə Qərbi birləşdirən strateji nəqliyyat marşrutu - Böyük İpək Yolu üzərində yerləşən Azərbaycan və Gürcüstanın əsrlər boyu Avropa ilə Asiya arasında körpü rolunu oynayaraq iqtisadi-ticari əlaqələrin inkişafına, mədəni və humanitar mübadilənin möhkəmlənməsinə mühüm töhfələr verdiyini diqqətə çatdırıb.

"Bu gün Azərbaycan və Gürcüstan həmin tarixi missiyanı yeni məzmunda davam etdirərək regional əməkdaşlığın gücləndirilməsində aparıcı rol oynayırlar, Avrasiya məkanında yeni nəqliyyat və logistika marşrutlarının formalaşmasında əsas iştirakçılar qismində çıxış edirlər", - deyə Ə.Əsədov vurğulayıb.

Bildirilib ki, Azərbaycanı və Gürcüstanı birləşdirən dostluq və strateji tərəfdaşlıq münasibətləri uzun illərdir ki, regionda sabitliyin və inkişafın mühüm dayaqlarından biridir. Bu gün iki ölkə yalnız siyasi baxımdan deyil, həm də iqtisadi, enerji və nəqliyyat sahələrində etibarlı tərəfdaşlardır.

Nəqliyyat-tranzit sahəsinin ənənəvi olaraq gündəlikdə xüsusi yer tutduğunu bildirən Ə.Əsədov ölkəmizin strateji coğrafi yerləşməsinin və nəqliyyat infrastrukturuna yatırılan böyük sərmayələrin Azərbaycanın Avrasiyada mühüm nəqliyyat-logistika mərkəzi kimi mövqeyini möhkəmləndirdiyini vurğulayıb.

"Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə ölkəmiz tərəfindən ardıcıl iş aparılır. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artırılıb. Eyni zamanda, ölkənin əsas dəmir yolları və avtomobil yolları şəbəkəsinin kəsişməsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyondan 25 milyon tonadək artırılması məqsədilə ikinci genişləndirilmə mərhələsinə start verilib. Azərbaycan Xəzərin ən böyük ticarət donanmasına, həmçinin regionun ən böyük yükdaşıma aviaşirkətinə malikdir. Cari ilin may ayında Laçında ölkəmizin 9-cu beynəlxalq hava limanı açılıb. Hazırda Ələt Azad İqtisadi Zonasında yeni beynəlxalq karqo hava limanının tikintisi davam edir. Bu və bir sıra digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevirib", - deyə Baş nazir əlavə edib.

Bütün bu layihələrin Orta dəhlizin tərkib hissəsi olduğu diqqətə çatdırılıb, dəhlizin Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı marşrut kimi artıq özünü təsdiqlədiyi bildirilib.

Qeyd olunub ki, həm coğrafi mövqelərinə, həm də müasir nəqliyyat infrastrukturuna görə Azərbaycan və Gürcüstan bu strateji nəqliyyat dəhlizinin formalaşması və inkişafında aparıcı mövqe tutur.

Dəhliz boyunca infrastrukturun genişləndirilməsi, keçid proseslərinin sadələşdirilməsi və tranzit imkanlarının artırılması istiqamətində ardıcıl və məqsədyönlü addımların atıldığını deyən Baş nazir liman və logistika mərkəzlərinin modernləşdirilməsi, rəqəmsal həllərin tətbiqi kimi layihələrin bu əməkdaşlığın bariz nümunələri olduğunu diqqətə çatdırıb.

Görülmüş tədbirlər nəticəsində son üç ildə Orta Dəhliz üzrə tranzit yük həcmləri təxminən 90 faiz artıb ki, bu, onun səmərəliliyini və artan aktuallığını nümayiş etdirir. Bununla yanaşı, dəhliz üzrə yük daşımaların tranzit müddəti əhəmiyyətli dərəcədə azalıb.

Qeyd edilib ki, bu ayın əvvəlində Azərbaycan, Gürcüstan və Qazaxıstanın dəmir yolu operatorları Orta Dəhliz üzrə daşımalar üçün vahid uzunmüddətli tarifin tətbiqinə dair razılıq əldə ediblər.

Birgə səylərin regionun nəqliyyat və logistika potensialının tam reallaşdırılmasına, ticarət dövriyyəsinin və investisiya axınının artmasına, habelə Avrasiya məkanında iqtisadi əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Bu kontekstdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyi üzrə əldə edilmiş razılaşmaların regionda davamlı əməkdaşlığın təmin olunması baxımından tarixi əhəmiyyəti vurğulanıb.

"Bölgədə kommunikasiyaların açılması, o cümlədən Azərbaycanın əsas ərazisinin ölkənin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşməsi beynəlxalq yükdaşımalar üçün regionun tranzit imkanlarının genişlənməsinə xidmət edəcək. Əminik ki, cari ilin avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalara əsasən regionda açılacaq yeni marşrut Orta Dəhlizin mühüm seqmentlərindən birinə çevriləcək və onun qlobal nəqliyyat şəbəkəsində rolunun artmasına töhfə verəcək", - deyə Ə.Əsədov qeyd edib.

Baş nazir Azərbaycanın regionda əməkdaşlığın və etimad mühitinin bərpasına sadiqliyini nümayiş etdirdiyini bildirib, Ermənistan istiqamətində yük tranziti ilə bağlı işğal dövründən qalan bütün məhdudiyyətlərin aradan qaldırılmasını Azərbaycan tərəfinin bu kontekstdə mühüm töhfəsi kimi qiymətləndirib.

"Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınması bu baxımdan atılmış ilk praktiki addımdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi, bu, sülhün artıq yalnız sənədlərdə deyil, real həyatda da tətbiq olunduğunu göstərir", - deyə o əlavə edib.

Ə.Əsədov, həmçinin energetika sahəsində Azərbaycan ilə Gürcüstan arasında qurulmuş uzunmüddətli səmərəli tərəfdaşlığın əhəmiyyəti barədə söhbət açıb, bu strateji tərəfdaşlığın artıq regional sərhədləri aşaraq beynəlxalq əməkdaşlığın uğurlu nümunəsinə çevrildiyini bildirib.

Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmələri və Cənub Qaz Dəhlizi kimi beynəlxalq əhəmiyyətli layihələrin energetika sahəsində uğurlu əməkdaşlığın əsasını təşkil etdiyi diqqətə çatdırılıb.

"Bu layihələr regionumuzun geosiyasi mənzərəsini dəyişmiş, enerji resurslarının təhlükəsiz və etibarlı şəkildə dünya bazarlarına çatdırılmasını təmin etmişdir. Xüsusilə də Azərbaycanın təşəbbüsü və Gürcüstanın fəal iştirakı ilə reallaşan Cənub Qaz Dəhlizi artıq Avropanın enerji təhlükəsizliyinin vacib komponentinə çevrilmişdir. Son aylarda Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı artaraq 14-ə çatıb ki, onlardan 10-u Avropa ölkəsidir", - deyən Baş nazir yaşıl enerji sahəsində əməkdaşlığa toxunub. O, Azərbaycan və Gürcüstanın bərpa olunan enerji mənbələrinin inkişafı və "Xəzər - Qara dəniz - Avropa Yaşıl Enerji Dəhlizi" təşəbbüsü çərçivəsində də güclü tərəfdaşlar kimi çıxış etdiklərini bildirib.

Azərbaycanın regionun tranzit və enerji potensialının tam reallaşdırılması, dayanıqlı logistik zəncirlərin və yaşıl enerji dəhlizlərinin qurulması üçün bundan sonra da öz səylərini əsirgəməyəcəyi, bu istiqamətdə bütün tərəfdaşlarla açıq və qarşılıqlı faydalı əməkdaşlığa hazır olduğu diqqətə çatdırılıb.

*** 09:41

Gürcüstanın paytaxtında V Tbilisi İpək Yolu Forumu işə başlayır.

AVESTA.AZ report-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın Baş naziri Əli Əsədov da iştirak edir.

Bildirilib ki, oktyabrın 22-si səhər saatlarında Tbilisi Opera və Balet Teatrında ailə fotosu çəkiləcək, daha sonra tədbirin açılış mərasimi baş tutacaq. Açılış sessiyası saat 10:00-da başlayacaq və 11:00-dək davam edəcək.

Forumda regional əməkdaşlıq, Orta Dəhliz boyunca nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, ticarət və iqtisadi əlaqələrin gücləndirilməsi kimi məsələlər müzakirə ediləcək.

Səfər proqramına əsasən, forumun açılış mərasimindən sonra Baş nazir Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüş keçirəcək. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunacağı gözlənilir.

Görüşdən sonra Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın Baş nazirinin şərəfinə rəsmi nahar verəcək.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR