
Çinin Henan əyalətində fabrikdə baş verən güclü yanğın zamanı azı 36 nəfər ölüb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Çinin telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, hadisə Anyang şəhərində qeydə alınıb. Yanğın zamanı həmçinin iki nəfərin yaralandığı, daha iki nəfərin itkin düşdüyü bildirilir.
Yanğının başvermə səbəbi açıqlanmır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.