
ABŞ mərkəzli yükdaşıma şirkəti UPS, iş gücünü optimallaşdırma strategiyası çərçivəsində bu il 48 min işçisini işdən çıxarıb.
BAKU.WS xəbər verir ki, şirkətin üçüncü rüblük gəliri 21,4 milyard dollar, hər səhmdən qazancı isə 1,74 dollar olub.
Açıqlamada bildirilir ki, çıxarılmaların təxminən 14 mini idarəetmə səviyyəsində, qalan 34 mini isə əməliyyat sahəsində olub. UPS bu addımla daha səmərəli iş modelinə keçməyi və bazar şərtlərinə daha sürətli reaksiya verməyi hədəfləyir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.