
Gmail istifadəçiləri üçün ciddi xəbərdarlıq gəldi. Təxminən 183 milyon hesabın şifrələri sızdırılıb.
AVESTA.AZ xarici mediaya istinadən xəbər verir ki, sızan məlumatlara yalnız e-poçt ünvanları deyil, əlaqəli şifrələr də daxildir. Ekspertlər bildirir ki, bu, hakerlərin eyni ünvanla bağlı digər platformalara da giriş əldə etməsinə səbəb ola bilər.
Sızma 2025-ci ilin apreldə baş verib, lakin "Have I Been Pwned" saytı tərəfindən son vaxtlarda aşkar edilib. İstifadəçilər sayt vasitəsilə hesablarının təhlükədə olub-olmadığını yoxlaya bilərlər.
Ekspertlər şifrələrin dərhal dəyişdirilməsini və iki mərhələli identifikasiya (2FA) aktivləşdirilməsini tövsiyə edir. Google 2FA ilə hesabları əlavə təhlükəsizliklə qoruyur.
Kiber təhlükəsizlik mütəxəssisləri bildirir ki, bu tip hücumlar süni intellektin dəstəyi ilə artmaqdadır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.