
Azərbaycanın Milli Müdafiə Universitetinin tanınmış professorlarından ibarət üç nəfərlik nümayəndə heyəti İrana səfəri çərçivəsində Ali Milli Müdafiə Universitetini ziyarət edib.
AVESTA.AZ xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Səfər zamanı nümayəndə heyəti universitetin rektorunun müavini, briqada generalı Xosrov Buəlhəsəni ilə görüşüb. Görüşdə elmi və ixtisaslaşdırılmış əməkdaşlıq məsələləri, doktorantura və qısamüddətli "Milli Müdafiə" kurslarına əcnəbi tələbələrin qəbul imkanları müzakirə olunub.
Tərəflər iki ölkənin ali hərbi təhsil müəssisələri arasında professor və tələbə mübadiləsinin əhəmiyyətini vurğulayıb, bu əlaqələrin müdafiə, təhlükəsizlik və elmi-tədqiqat sahələrində əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyinə ümidvar olduqlarını bildiriblər.
Səfər iki həftə əvvəl İranın Ali Milli Müdafiə Universiteti professorlarının Bakıya səfərinə cavab olaraq həyata keçirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.