29-10-2025, 15:48 645

"Bolmart" mağazalar şəbəkəsinin bağlanmasına dair yayılan məlumatlar həqiqətə uyğun deyil.

AVESTA.AZ report-a istinadən xəbər verir ki, bunu şəbəkənin icraçı direktoru Ramil Məmmədov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O, son günlər mətbuatda "Bolmart" mağazalar şəbəkəsinin bağlanması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

R. Məmmədov, yalnız bir filialın icarə ilə bağlı yaranmış problemlər səbəbindən fəaliyyətini dayandırmaq məcburiyyətində qaldığını deyib:

"Bildiyiniz kimi, "Bolmart" artıq 10 ilə yaxındır ölkəmizdə uğurla fəaliyyət göstərir. Bu illər ərzində pandemiya dövrü də daxil olmaqla, icarə ödənişlərimizdə heç bir gecikmə olmamış, heç vaxt güzəşt tələb edilməmişdir. Şirkətimiz 100 milyon manatdan artıq bank krediti cəlb etməklə təsis olunub və bu günədək bütün öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirir".

İcraçı direktor bildirib ki, sözügedən mağazaya 5 milyon manatdan artıq yatırım qoyulub və burada 200-ə yaxın əməkdaş çalışır:

"Həmin obyekt şəbəkəmizin ən rentabelli mağazalarından biridir. Lakin vurğulamaq istəyirik ki, bu mağazanın bağlanması yalnız bir ticarət nöqtəsinin itirilməsi anlamına da gəlməməlidir. Bu, şirkətin kredit öhdəliklərinə, gələcək fəaliyyətinə və ən əsası - 6000 əməkdaşımızın iş təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Bu vəziyyət həmçinin ölkəmizdə işsizliyin azaldılması istiqamətində həyata keçirilən sosial-iqtisadi siyasətə də uyğun deyil".

R.Məmmədov vurğulayıb ki, "Bolmart" Azərbaycanda 100 ən çox vergi ödəyən şirkətlərindən biridir: "Biz eyni zamanda azad olunmuş ərazilərin bərpasına milyonlarla manat könüllü vəsait ayırmışıq. Hazırda "Bolmart" mağazalar şəbəkəsi şəhid olmuş əməkdaşlarının ailəsinə onların əməkhaqqlarını tam şəkildə ödəyir. Qazilərə mütəmadi aylıq ödənişlər həyata keçirir".

"Hazırda söhbət yalnız bir mağazadan gedir. İcarə müqaviləsinin müddəti başa çatdıqdan sonra obyekt bizə məlumat verilmədən başqa şəxslərə icarəyə verilib. Halbuki, müqaviləmizin 2.3-cü maddəsində açıq şəkildə göstərilir ki, obyekt başqa şəxsə icarəyə veriləcəyi halda ilk növbədə həmin şərtlər Bolmart-a təklif edilməlidir. Bu şərt və bizim hüququmuz pozulub. Biz dəfələrlə obyekt sahibinin nümayəndələrindən bizi obyekt sahibi ilə birbaşa görüşdürməyi xahiş etmişik. Təəssüf ki, bu görüş hələ də təşkil edilməyib. Biz hesab edirik ki, obyekt sahibinə vəziyyət tam şəkildə izah edildikdə, o ədalətli qərar verəcək və uzun illərdir ölkədə minlərlə insanın iş yeri ilə təmin olunmasına töhfə verən bir şirkətin fəaliyyətinin risk altına düşməsinə imkan verməyəcək", - icraçı direktor əlavə edib.

R.Məmmədov sonda bir daha vurğulayıb ki, "Bolmart" mağazalar şəbəkəsi fəaliyyətini tam şəkildə davam etdirir:

"Heç bir mağazamızın bağlanması gündəmdə deyil. Məqsədimiz qarşıdurma deyil, dialoq və hüquqi çərçivədə ədalətli həll yolu tapmaqdır".

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR