
Tərtər şəhərində ictimai məkanların və əsas yolların abadlaşdırılması istiqamətində yeni layihə həyata keçiriləcək.
BAKU.WS-in məlumatına görə, Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Tərtər şəhəri üzrə nümayəndəliyi Bayraq Meydanı və Bərdə-Ağdam magistral yolu boyunca yaşıllaşdırma və abadlıq işləri görəcək.
Layihənin ümumi dəyəri 132.588,34 AZN təşkil edir. Bu işlərin məqsədi Tərtər şəhərində yaşıllıq zolaqlarının suvarma sistemlərini yeniləmək, ekoloji mühiti yaxşılaşdırmaq və şəhərin estetik görkəmini müasirləşdirməkdir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.