
Azərbaycanın Omandakı səfirliyinin rəsmi açılış mərasimi keçirilib.
AVESTA.AZ xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov "X"də yazıb.
Nazir Omanın paytaxtı Masqat şəhərində Azərbaycan səfirliyinin rəsmi açılış mərasimində iştirakdan məmnunluğunu ifadə edib.
C.Bayramov vurğulayıb ki, yeni diplomatik nümayəndəliyin açılışı iki ölkə arasında artan tərəfdaşlığı əks etdirən mühüm bir mərhələnin göstəricisidir:
"Biz Azərbaycan və Oman xalqları üçün yeni imkanlar açmaq məqsədi ilə ticarət, investisiya, mədəniyyət və turizm sahələrində ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqik. Atılan bu addımlar siyasi dialoqun, xalqlar arasında əlaqələrin və uzunmüddətli tərəfdaşlığın möhkəmləndirilməsinə yönəlmiş ortaq iradəmizi əks etdirir".
Pleased to attend the official inauguration of the Embassy of the Republic of Azerbaijan in Muscat, Oman.
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) October 29, 2025
This new diplomatic mission marks a significant milestone, reflecting the growing partnership between our countries.
We are committed to deepening our bilateral… pic.twitter.com/TdB0XubIPq
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.