Bu gün, 14:48 86

Azərbaycanda tələbə təqaüdləri ilə bağlı VACİB AÇIQLAMA

"Hazırda Azərbaycanda orta aylıq tələbə təqaüdü 75-130 manat arasında dəyişir, tələbənin minimum aylıq yaşayış xərci 480-520 manat civarındadır. Bu fərq göstərir ki, tələbə təqaüdü təhsilin əsas xərclərini deyil, yalnız simvolik dəstək funksiyasını yerinə yetirir".

Bunu BAKU.WS-ə açıqlamasında təhsil ekaperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, "Təhsil haqqında" Qanunun 16.2-ci maddəsində qeyd olunur ki, tələbələrə sosial müdafiə və maddi dəstək göstərilməsi dövlətin öhdəliyidir və bu məqsədlə təqaüd və güzəştlər sistemi formalaşdırılır:

"Bu maddənin icrası hələ tam olaraq sosial-iqtisadi reallıqlara uyğun səviyyəyə çatmayıb. Hazırda ölkə üzrə orta aylıq tələbə stipendiyası 75-130 manat arasında dəyişir, halbuki Dövlət Statistika Komitəsinin hesablamalarına görə, şəhər şəraitində bir tələbənin minimum aylıq yaşayış xərci 480-520 manat civarındadır. Bu fərq göstərir ki, tələbə təqaüdü təhsilin əsas xərclərini deyil, yalnız simvolik dəstək funksiyasını yerinə yetirir".

Ekspert deyib ki, 2025-ci ildə artıq müəyyən kateqoriyalar üçün – yüksək nəticə göstərən, imtahanda 500-dən yuxarı bal toplayan və fərqlənmə diplomu ilə oxuyan tələbələr üçün – diferensial artım həyata keçirilib. Bu, Elm və Təhsil Nazirliyinin təhsil sistemində performans yönümlü yanaşmanı tətbiq etmək səylərinin göstəricisidir və müsbət addımdır:

"Nazirliyin bu istiqamətdə həyata keçirdiyi siyasət tələbələrin akademik göstəricilərinə əsaslanan stimullaşdırmanı gücləndirir, eyni zamanda sosial ədalət prinsipini qismən qoruyur. Müsbət tərəf ondan ibarətdir ki, artıq tələbə təqaüdlərinin artırılması məsələsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Son on ildə tələbə təqaüdlərinin nominal dəyəri 2,3 dəfə artıb, dövlət sifarişi ilə təhsil alanların payı isə 23 faizdən 48 faizə yüksəlib. Bu, daha çox gəncin ali təhsilə çıxışını təmin edib. Həmçinin xaricdə təhsil proqramları çərçivəsində aylıq ödənişlərin yenilənməsi və tələbələrin yaşayış xərclərinin kompensasiyası da sistemli sosial dəstək kimi qiymətləndirilə bilər".

Mənfi tərəfinə gəldikdə isə Kamran Əsədov vurğulayıb ki, tələbə təqaüdü hələ də inflyasiya səviyyəsini və yaşayış xərclərinin artım tempini izləyə bilmir:

"2024-cü ilin inflyasiya göstəricisi 5,6 faiz olub, lakin tələbə təqaüdlərində artım cəmi 2–3 faiz səviyyəsində qalıb. Bu, real gəlir baxımından azalma deməkdir. Tələbə təqaüdünün həcmindəki disbalanslar – yəni bakalavr və magistr, dövlət sifarişi və ödənişli təhsil alanlar arasında fərqlər – sosial bərabərsizliyə də səbəb olur. Bu fərq aradan qaldırılmadığı halda, təhsil motivasiyası formal stimullaşdırmadan uzaqlaşa bilər".

Kamran Əsədov bildirib ki, dünya təcrübəsində inkişaf etmiş ölkələrdə tələbə təqaüdü yalnız akademik nəticə deyil, sosial vəziyyət və təhsil xərclərinə əsaslanır. Məsələn, Finlandiyada bakalavr tələbələri orta hesabla aylıq 350–400 avro, Almaniyada 450 avro, Polşada 200–250 avro həcmində dövlət dəstəyi alır.

"ABŞ-də "Federal Student Aid" proqramı çərçivəsində tələbələrə aylıq ödənişlərlə yanaşı, kredit və təqaüd formaları təqdim olunur. Bu ölkələrdə təqaüdün məbləği minimum yaşayış xərcinin 40–60 faizini qarşılayır. Azərbaycanda isə bu göstərici 15–20 faiz səviyyəsindədir. Bu fərq dövlətin təhsil siyasətində sosial müdafiə mexanizmlərinin gücləndirilməsinə ehtiyac olduğunu göstərir",-deyə ekspert əlavə edib.

Paylaş

Xəbər lenti

Həyat yoldaşının saçını keçəl edən ər HƏBS OLUNDU Bu gün, 21:48 "Araz-Naxçıvan" Çempionlar Liqasındakı növbəti matçında heç-heçə edib Bu gün, 21:48 Hərbçilərin pensiyası ilə bağlı YENİLİK - Bundan sonra... Bu gün, 21:48 MOSSAD-ın yeni rəhbəri Belarusda doğulmuş general Hofman ola bilər Bu gün, 21:48 Beyləqanda iki avtomobil toqquşub, xəsarət alanlar var Bu gün, 20:48 MİDA bu ərazidə 2 mərtəbəli uşaq bağçası tikəcək - 2,3 milyonluq LAYİHƏ Bu gün, 20:48 Həyat yoldaşının telefonuna gələn zəngə görə dostunu bıçaqladı Bu gün, 20:48 "Taksilərdən bezmişik, maşına məcbur oturdub aparırlar" - "20 Yanvar"da XAOS Bu gün, 20:48 Zelenski və Fayon PURL proqramı çərçivəsində əməkdaşlığı müzakirə edib Bu gün, 20:48 Bakının məşhur məhəlləsi sökülür - Sakinlərə kompensasiya ödənilib Bu gün, 20:48 Dövlət Mülki Aviasiya Agentliyinin işçilərinin xidməti geyim formaları təsdqilənib Bu gün, 19:48 Paytaxtı digər şəhərə köçürməklə tıxac problemi həll olacaq? - VACİB AÇIQLAMA Bu gün, 19:48 "Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb Bu gün, 19:48 Xıdırlı kəndində Zəfərin 5 illiyinə həsr olunan ağacəkmə aksiyası keçirilib Bu gün, 19:48 Avtovağzalla rayona getmək istəyənlərin NƏZƏRİNƏ! Bilet alışı prosesinə dəyişiklik edilib Bu gün, 18:48 Bağçada azyaşlıya qarşı şiddət göstərən dayə işdən ÇIXARILIB - GÖRÜNTÜLƏR Bu gün, 18:48 Bulvarda suya düşən kişi və qadın xilas edilib - ANBAAN GÖRÜNTÜLƏR Bu gün, 18:48 İlon Mask dünyanın 500 milyard dollarlıq sərvətə sahib ilk insanı olub Bu gün, 18:48 Makron Paşinyanı İrəvan və Bakı arasında sülhün qurulması ilə təbrik edib Bu gün, 18:48 Bu şəhərdə poçt xidməti üçün nəqliyyat vasitələri alınacaq - 552 min AZN... Bu gün, 18:48 Turistlərin Azərbaycanda xərclədikləri ümumi vəsait açıqlandı Bu gün, 17:48 İki məşhur aktyor "İlk ve Son"da rol alacaq Bu gün, 17:48 Türkiyəyə ixrac ediləcək 163 ton alma məhsulunda normadan artıq pestisid aşkarlanıb Bu gün, 17:48 Luvr muzeyindəki oğurluğa görə daha 5 nəfər saxlanıldı - Qızıllar isə ortada yoxdur Bu gün, 17:48 Azadlıq Meydanındakı yeraltı avtodayanacağın fəaliyyəti bu tarixdə DAYANDIRILACAQ Bu gün, 17:48 Bu energetik içkilərdə DƏRMAN maddəsi aşkarlanıb Bu gün, 17:48 Əfsanənin toyunun keçirildiyi restoran CƏRİMƏLƏNDİ Bu gün, 17:48 İki il əvvəl Rusiyaya ekstradisiya edilən azərbaycanlı Ukrayna müharibəsində öldü Bu gün, 17:48 Azərbaycanlı qadın beynəlxalq axtarışa verildi Bu gün, 17:48 Xidmətdən buraxılan hərbi qulluqçular üçün işdən çıxarma pulu dəyişib Bu gün, 17:48 Məşhur aktyor "Çarpıntı"da çəkiləcək Bu gün, 16:48 Azərbaycanda həbsdə olan icra başçıları: Siyahıya bir ad daha ƏLAVƏ OLUNDU Bu gün, 16:48 Yeni yarasa koronavirusu tapıldı - Alimlər ehtiyatlı olmağa çağırır Bu gün, 16:48 Krımda Telegram və WhatsApp-ın fəaliyyəti məhdudlaşdırıldı Bu gün, 16:48 Devid Pirs 150 il həbs olundu Bu gün, 16:48 Bakının məşhur "Moskva" univermağında QANUNSUZ ƏMƏLLƏR ifşa olundu Bu gün, 16:48 Bakıda 66 kq narkotik dövriyyədən çıxarılıb Bu gün, 16:48 Dövlət Komitəsinin sədri Türkiyənin Diyanət İşləri İdarəsinin rəhbəri ilə görüşüb Bu gün, 16:48 Bağçada azyaşlıya qarşı şiddət göstərilib - GÖRÜNTÜLƏR Bu gün, 16:48 Bakıda iki küçəyə Məmmədbağır Bağırzadənin adı verildi Bu gün, 15:48 Çiyin ağrısı, ağız quruluğu… - Bu sadə simptomlar ağır xəstəlikdən xəbər verə bilər Bu gün, 15:48 SOCAR-ın təşkilatçılığı ilə Hüquq və Uyğunluq Forumu keçirilib Bu gün, 15:48 Kamran Əsədov: "Tələbə təqaüdləri ən azı 10-15 faiz artırılmalıdır" Bu gün, 15:48 63 yaşlı Qriqori Leps 19 yaşlı sevgilisi ilə evlənir? - AÇIQLAMA Bu gün, 15:48 Azərbaycan və Britaniya müdafiə sahəsi üzrə əməkdaşlıq planı imzalayıb Bu gün, 15:48 Balakənin icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM Bu gün, 15:48 Günəş sistemindən keçən sirli obyekt alimləri narahat etdi - Yadplanetlilər ola bilər Bu gün, 15:48 Musiqili teatrda tarixi an: Dilarə Kazımova "Chicago" ilə yadda qaldı Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR