
Müğənni Rafet El Roman açıqlaması ilə gündəm olub.
AVESTA.AZ xəbər verir ki, ofisindən çıxarkən görüntülənən sənətçi ayaqüstü jurnalistlərin suallarını cavablandırıb.
İfaçı bildirib ki, bir daha heç vaxt evlənmək istəmir:
"Evlilik mənə görə deyil, artıq bundan sonra da evlənmərəm".
Xatırladaq ki, Rafet sonuncu dəfə Yasemin Gergeçlə sevgili olub. Cütlük 8 ay əvvəl ayrılıb.
Onu da qeyd edək ki, ifaçı 1996 - 2003-cü illərdə Tuğba Altıntopla evli olub. Bu evlilikdən onun Su və Şevval adlı qızları var. 2014 - 2017-ci illərdə isə Ceren Kaplakarslanla ailəli olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.