Dünən, 18:48 86

Vətəndaşların pullarını ələ keçirən cinayətkar qrupun rəhbəri Ramil Şükürova hökm oxundu

"Yeni İctimai Nəzarət Şurası"nın sədri Ramil Şükürov, həmin Şuranın Qazilər və veteranlarla iş üzrə sədr müavini Koroğlu İbrahimov, tanışı Diləfruz Mustafayeva və Elçin Aslanlının cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Koroğlu İbrahimov 5 il, Ramil Şüküröv 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Diləfruz Mustafayevaya 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası (elektron qolbaq) təyin edilib.

Elçin Aslanlının cinayət işinə xitam verilib.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq-əməliyyat tədbirləri ilə, respublikanın bir çox rayon və şəhərləri üzrə bölmələri və yüzlərlə üzvü mövcud olan həmin qanunsuz təşkilatın sədri Ramil Şükürovun rəhbərlik etdiyi qurumun adının cəmiyyətdə formalaşdırdığı guya ayrı-ayrı dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarət, müdaxilə imkanı və rəhbər vəzifəli şəxslərlə münasibətlərin olmasına dair uydurma görüntüdən istifadə edərək vətəndaşlara qarşı bir sıra qanunsuz hərəkətlər törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Müəyyən edilib ki, Ramil Şükürov özünü və əlbir olduğu dəstə üzvlərini müxtəlif dövlət qurumları və müəssisələrə işə qəbul olunma, hüquqi şəxslərin fəaliyyətlərinin bərpa edilməsi, şəhidlik statusunun verilməsi, hüquq-mühafizə orqanlarında istintaqı aparılan cinayət işləri və məhkəmələrdə baxılan işlər üzrə şəxslərin azadlığa buraxılmalarının təmin edilməsi, o cümlədən əlillik dərəcəsinin alınmasında köməklik göstərilməsi imkanına malik şəxslər kimi təqdim edərək vətəndaşlara, xüsusilə də əhalinin sosial baxımdan həssas təbəqəsinə məxsus pul vəsaitlərini ələ keçirmək məqsədilə fəaliyyət göstərən sabit cinayətkar qrupun rəhbəri olub.

Qeyd edilən üsul və məqsədlə onun birbaşa, habelə cinayətkar qrupun digər üzvləri olan - həmin Şuranın Qazilər və veteranlarla iş üzrə sədr müavini Koroğlu İbrahimov və tanışı Diləfruz Mustafayeva ilə birlikdə rəsmi sənədləri saxtalaşdırıb qanunsuz istifadə edərək onlara müraciət edən çoxsaylı vətəndaşlara məxsus ümumilikdə 219 min 570 manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin Ramil Şükürovun tanışı Elçin Aslanlı ilə qabaqcadan əlbir olaraq digər vətəndaşdan tələb etdiyi 100 min manat məbləğində pulun müəyyən hissəsini ələ keçirməsinə də əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlarla əvvəllər məhkum olunmaqla əməlində xüsusi təhlükəli residiv olan Ramil Şükürova və əməlində təhlükəli residiv olan Elçin Aslanlıya, habelə Koroğlu İbrahimov və Diləfruz Mustafayevaya törətdikləri əməllərə müvafiq olaraq Cinayət Məcəlləsinin 178.3.1-ci (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 312,2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə), 320.1- ci (Rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci (saxta sənədlərdən istifadə etmə) maddələri ilə yekun ittiham elan olunub.

Paylaş

Xəbər lenti

Qərbi Azərbaycan Xronikası: "Ermənilər dedilər ki, getməlisiniz, bura bizimdir" Bu gün, 00:48 Yeni ildə Şaxta babadan hədiyyə gözləyən bu bürclərin xəyalı puç olacaq Bu gün, 00:48 Alimlər süni intellektin çox sürətli inkişafından narahatdırlar Dünən, 23:48 Bakıda oğurluq hadisəsi kameralara düşdü - ANBAAN VİDEO Dünən, 23:48 Stressi dərmansız aradan qaldırmağın ən sadə yolu Dünən, 23:48 Dəbdəbəli villa, 6 metrlik hasar, helikopterin enməsi üçün meydança: Həbs edilən başçı Mehdiyevlə qonşu imiş Dünən, 23:48 İsmayıllıda rayonun adı yazılmış memarlıq kompozisiyası niyə söküldü? Dünən, 23:48 "Tomahawk" və "Burevestnik" qarşıdurması nə ilə nəticələnəcək? Dünən, 23:48 Gec ərə gedən xanımlarda hansı xəstəliklər yaranır? Dünən, 23:48 Qurban Qurbanov: "Hər rəqibə qarşı yaxşı hazırlaşmalıyıq" Dünən, 22:48 Ərdoğanın Zəfər paradında iştirak üçün Azərbaycana səfər etməsi müzakirə olunur Dünən, 22:48 Hikmət Hacıyev: Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilir Dünən, 22:48 "Dedi ki, kişilərlə danışırsan, bıçağı soxdu anasına" - Xaçmazdakı qətlin TƏFƏRRÜATI Dünən, 22:48 Diyetoloqlar arıqlamaq üçün vacib olan içkini açıqlayıblar Dünən, 22:48 "ART Weekend" çərçivəsində "Püstə: canlı irs" performansı təqdim edilib Dünən, 22:48 Ermənistan vətəndaşlarının məhkəmə istintaqı yekunlaşıb Dünən, 22:48 İdeoloji işğalçıların yeni və köhnə əlaltıları Dünən, 22:48 Suriya prezidenti vəzifəli şəxslərdən lüks avtomobillərin açarlarını tələb edib Dünən, 22:48 ABŞ Venesuelaya zərbə endirməyi planlaşdırmır Dünən, 22:48 Röya Ayxanın 25 illik səhnə fəaliyyətinə həsr olunan KONSERTDƏN GÖRÜNTÜLƏR Dünən, 22:48 Ermənistan XİN başçısının həyat yoldaşı Azərbaycanla əlaqədar komissiyanın tərkibinə daxil edilib Dünən, 20:48 Yalanı tərgitmək üçün nə etmək lazımdır Dünən, 20:48 TİKA Mərdəkan qalasının bərpa işləri ilə bağlı layihə həyata keçirəcək Dünən, 20:48 Röya Ayxan konsertində sevənlərinə sürpriz edəcək Dünən, 20:48 İslam Rzayev HƏBS EDİLDİ Dünən, 20:48 Baş nazir Əli Əsədov İstanbul Sənaye Palatası İdarə Heyətinin sədri ilə görüşüb Dünən, 19:48 Balakənin sabiq icra başçısı barəsində həbs qətimkan tədbiri seçilib Dünən, 19:48 "Hürriyyət"in baş redaktoru Vüqar Məmmədov həbs edildi Dünən, 19:48 Bakıda ictimai iaşə obyektində YOXLAMA - Bu nöqsanlar aşkarlandı Dünən, 18:48 Azərbaycan və Qırğızıstan təhsil sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 18:48 Vətəndaşların pullarını ələ keçirən cinayətkar qrupun rəhbəri Ramil Şükürova hökm oxundu Dünən, 18:48 Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirilib Dünən, 17:48 4-cü avtomobil bu gün sahibinə təhvil verildi Dünən, 17:48 Qazaxıstanda Zakir Həsənova medal təqdim edilib Dünən, 17:48 Alyona Əliyeva "Dostluq Kuboku" minifutbol turniri ilə bağlı paylaşım edib Dünən, 16:48 Qafqazda ilk dəfə Azərbaycanda meyit donorun ürəyi transplantasiya edilib Dünən, 16:48 Cəzası uşağına görə təxirə salındı... Dünən, 16:48 52 yaşlı müğənnini qızı itələyib öldürübmüş Dünən, 16:48 "Qarabağ" - "Çelsi" oyununa satılan biletlərin sayı məlum olub Dünən, 16:48 Bakıda DAVA - Azərbaycanlı və iranlı qadınlar türkiyəli kişi üstündə əlbəyaxa oldu Dünən, 15:48 "Kristal"ın Sumqayıtdakı "Sahil Park" və "YeniSumqayıt" layihələrində mənzil satışları davamedir! Dünən, 15:48 Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir Dünən, 15:48 Bu şəxslərə maaşdan əlavə PUL VERİLƏCƏK Dünən, 15:48 Ceyhun Bayramov Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın mədəni irsinin bərpasından danışıb Dünən, 15:48 "Elmlər Akademiyası" metrostansiyası ilə Bayıl parkı istiqamətində hərəkət edən avtobuslar yenilənir Dünən, 15:48 Salyanda xoşagəlməz hadisə: Pulu itdiyi üçün şagirdin pulqabısını yoxlayan müəllim CƏZALANDIRILDI Dünən, 15:48 Hesablama Palatası 2026-cı il dövlət büdcəsinə rəy verib, Milli Məclisə göndərib Dünən, 15:48 Xankəndi, Ağdərə və Xocalı sakinlərinin istifadəsinə verilən ev və mənzillərin sayı açıqlanıb Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR