2-11-2025, 17:48 355

Rəqəmsal islahatların yeni mərhələsi: Yeniliklər vətəndaşa nə verəcək?

Gələn ildən etibarən Azərbaycan vətəndaşları şəxsi məlumatlarının istifadəsinə daha şəffaf və nəzarətli şəkildə baxa biləcəklər. Rəqəmsal islahatların yeni mərhələsi çərçivəsində vətəndaşlar "mygov" platforması üzərindən onların məlumatlarına kimin, nə zaman və hansı məqsədlə daxil olduğunu izləyə, həmçinin bu prosesə razılıq verə və ya qadağa qoya biləcəklər. Bu barədə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (IRIA) sədr müavini Şahin Əliyev "Kritik İnfrastrukturun Müdafiə Yarışı" (CIDC-2025) tədbiri çərçivəsində keçirilən konfransda məlumat verib.

Bəs yeniliklər vətəndaşa nə verəcək?

AVESTA.AZ "Kaspi" qəzetinin bu mövzuda məqaləsini təqdim edir:

Rəqəmsal islahatların yeni mərhələsi: Yeniliklər vətəndaşa nə verəcək?

"Məqsəd vətəndaşlara tam idarəetmə imkanı yaratmaqdır"

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, bununla Azərbaycan vətəndaşları fərdi məlumatlarının istifadəsinə nəzarət imkanı əldə edirlər. Bu funksionallıq "mygov" platforması vasitəsilə təqdim olunur və məqsəd vətəndaşlara öz məlumatlarının paylaşılması və istifadəsi üzərində tam idarəetmə imkanı yaratmaqdır: "mygov" platforması vətəndaşlara məlumat paylaşımı və istifadəsini izləmək imkanı təqdim edir. Vətəndaşlar "mygov"da dövlət və özəl müəssisələrlə paylaşdıqları məlumatları "Paylaşılan məlumatlarım" bölməsində görə bilirlər. Bu bölmə vasitəsilə paylaşılan məlumatların tarixçəsi, hansı qurum və müəssisə ilə, eləcə də nə zaman paylaşma aparıldığı barədə tam məlumat əldə etmək mümkündür. Vətəndaşlar "icazələrin idarə edilməsi" bölməsində özəl şirkətlər tərəfindən aparılan məlumat sorğularını izləyə, verdikləri razılıqları idarə edə, bu razılıqların qüvvədə qalma müddətini təyin edə, istədikdə onları dayandıra və ya yenidən aktivləşdirə bilirlər. Sorğulama baş verdiyi anda sistem avtomatik olaraq "mygov" tətbiqi vasitəsilə vətəndaşa bildiriş göndərir. Əgər vətəndaş sorğulamanı təsdiq etmək istəmirsə, eyni bölmədən icazəni ləğv edə bilir. İlin sonuna qədər vətəndaşlar yalnız ilkin sorğular deyil, həm də bağladıqları icazələr üzrə təkrar sorğulama cəhdlərinə dair bildirişlər də alacaqlar".

Dövlət qurumlarına da tətbiqi gündəmdədir

Qurumdan bildirildi ki, hazırda bu imkan əsasən özəl sektor qurumlarının sorğulama proseslərinə şamil olunur. Gələcəkdə isə sistemin dövlət qurumlarının məlumat sorğularına da tətbiqi nəzərdə tutulur: "Bu mərhələdə vətəndaşlara platforma üzərindən dövlət tərəfindən sorğulanan məlumatlarla bağlı informativ xarakterli bildirişlər təqdim ediləcək. Yəni dövlət qurumları üçün "icazələrin idarə olunması" deyil, artıq həyata keçirilmiş sorğular barədə məlumatlandırma mexanizmi fəaliyyət göstərəcək. Bu istiqamətdə işlər görülür və gələn ildən etibarən funksionallıq vətəndaşlara təqdim olunacaq. "mygov" tətbiqindəki "icazələrin idarə edilməsi" bölməsində məlumatlar aydın şəkildə kateqoriyalara ayrılıb və hər bir kateqoriyanın izahı təqdim olunub ki, vətəndaş sorğulanan məlumatın növü və məqsədi barədə məlumatlı olsun. Hazırkı mərhələdə məlumat sorğularını həyata keçirən tərəflər əsasən özəl şirkətlərdir və onlar bu prosesi yalnız vətəndaşın yazılı və ya rəqəmsal razılığı əsasında həyata keçirə bilirlər.

Rəqəmsal islahatların yeni mərhələsi: Yeniliklər vətəndaşa nə verəcək?

Özəl sektorun - o cümlədən banklar, sığorta şirkətləri, mobil operatorlar və digər kommersiya qurumlarının sistemə inteqrasiyası mərhələli şəkildə aparılır. Artıq bir sıra qurumlar "Digital Finans" sistemi vasitəsilə platformaya qoşulub. Nəticədə vətəndaşlar bu qurumlar tərəfindən həyata keçirilən məlumat sorğuları barədə real vaxt rejimində "mygov" mobil tətbiqi üzərindən məlumat əldə edirlər".

Rəqəmsal islahatların yeni mərhələsi: Yeniliklər vətəndaşa nə verəcək?

"Hüquq-mühafizə orqanları məlumatlara çıxış tələb edə bilərlər"

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyevin sözlərinə görə, belə bir modelin reallaşması üçün sistem və hüquqi baza birlikdə addımlamalıdır: "mygov" portalı vətəndaşların hansı qurumlara, hansı məlumatların verilməsinə razılıq verdiyini izləyə və bu razılığı zamanla idarə edə bilmək imkanı nəzərdə tutur. Məsələn, vətəndaşlar öz razılıqlarına müəyyən limit qoya biləcəklər. Hansı ki, hazırda da "mygov"da vətəndaşların məlumatlarına çatmaq istəyənlərin siyahısına baxmaq və onlara məhdudiyyət qoymaq imkanı vətəndaşa verilib. Vətəndaş özünə aid fərdi məlumatları "mygov" şəxsi kabinetindən görə bilər. Hansı qurumun, onun hansı məlumatlarına çıxış verildiyini izləyə və razılığı ləğv edə bilər. Portal üzərindən yanlış və ya köhnəlmiş məlumatların düzəldilməsi üçün müvafiq quruma müraciət imkanı da var və inkişaf etdirilməsi gözlənilir. Məlumatlarda dəyişikliklər, qurumların sorğuları və s. barədə xəbərdarlıqlar (SMS, e-mail, mobil tətbiq, portal bildirişi) almaq arzu etdiyim və gözlədiyim funksiyalardandır. Beləliklə, sistemin inkişafı ilə, vətəndaşlar öz məlumatları üzərində nəzarət imkanlarını daha aktiv şəkildə həyata keçirə biləcəyini gözləmək olar".

B.Əliyevin fikrincə, hüquq-mühafizə orqanları cinayət işi, istintaq, məhkəmə tələbi kimi məlumatlara çıxış tələb edə bilərlər: "Bu hallarda da hüquqi nəzarət və şəffaflıq üçün, çıxışın hansı səbəblə, kim tərəfindən və hansı vaxtda edildiyi barədə iz (audit logları) saxlanılması beynəlxalq təcrübədə mövcuddur".

Ekspert bildirdi ki, bildiriş mexanizmi hazırda da mövcuddur. Amma bu mexanizmlərin çoxalması və seçim imkanının verilməsi təqdirəlayiq addım olardı: "Təklif üçün deyərdim ki, SMS - vacib xəbərlər üçün, e-mail (elektron poçt) - daha detallı məlumatlar, Tətbiq push notification - mobil tətbiqdə aktiv ola bilər. Lakin yüz faizlik təhlükəsizlik olmadığı qənaətindəyəm".

Paylaş

Xəbər lenti

Xırdalanda yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR Bu gün, 14:48 Azərbaycanın tanınmış aktyoru VƏFAT ETDİ Bu gün, 14:48 Uşaqlar və valideynlərə SEVİNDİRİCİ XƏBƏR: Sabah pulsuz olacaq... Bu gün, 14:48 Saleh Bağırovdan Mətanət İsgəndərlinin keçmiş gəlininə sərt sözlər Bu gün, 14:48 Azərbaycanda AĞIR QƏZA: 10 nəfər yaralandı Bu gün, 14:48 İyun ayının ilk gününə olan hava proqnozu açıqlanıb Bu gün, 13:48 Bakıda bu marşrutun bütün avtobusları yenilənir - İyunun 1-dən... Bu gün, 13:48 "Vurun" əmri verən və ölüm cinayəti hələ də açılmayan ukraynalı nazirlə görüş Bu gün, 13:48 Yol Polisindən səfərdən dönən sürücülərə MÜRACİƏT Bu gün, 13:48 Nərgiz Cəlilova: "Televiziya tarixində ən xoşbəxt nəsil bizik" Bu gün, 12:48 ƏƏSMN: Azərbaycanda 78 uşaq himayədar ailələrə verilib Bu gün, 12:48 İstirahətə getmək niyə xəyal olaraq qalır? - Əl yandıran qiymətlərin səbəbləri Bu gün, 12:48 Cüdo millimiz Avropa Kubokunun ilk günündə qızıl medal qazanıb Bu gün, 12:48 Baş Şirvan kollektorunda timsah peyda olub? Bu gün, 11:48 "Sabah"ın qapıçısı Rəvan Mirzəmmədov U-21-in düşərgəsindən ayrılıb Bu gün, 11:48 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb Bu gün, 11:48 Bir kliklə başlayan kabus: Uşaqlar internetdə necə hədəfə çevrilirlər? Bu gün, 11:48 Talıb Tale: "Taleyim belə gətirdi, peşman deyiləm" Bu gün, 10:48 "BMW" idarəetmədən çıxıb aşdı - Yaralılar var Bu gün, 10:48 Türkiyədə sərnişin avtobusunda faciə: 8 nəfər həyatını itirib Bu gün, 10:48 "Sabah" futbolçusu Cesse Sekidika ilə yollarını ayırıb Bu gün, 10:48 Külək bir sıra bölgələrdə fəsadlar törədib: "Eyvanda çay içirdim, birdən güclü səs gəldi" Bu gün, 10:48 AZAL Gəncə - Sankt-Peterburq uçuşlarını bərpa edib Bu gün, 09:48 Cavid Kurbanov: "Dindarlar axirətə inansaydılar, yaxınlarının ölümünə sevinərdilər" Bu gün, 09:48 Azərbaycan və digər yğmaların pley-off rəqibləri dəqiqləşib Bu gün, 09:48 PSJ-nin qələbəsindən sonra iğtişaşlarda 416 nəfər saxlanılıb Bu gün, 09:48 "Turan Tovuz" avrokuboklara buraxılmaya bilər Bu gün, 09:48 PSJ ardıcıl ikinci dəfə UEFA Çempionlar Liqasının qalibi olub Bu gün, 00:48 Xankəndidə keçirilən çay və qəhvə festivalı atəşfəşanlıqla başa çatıb Bu gün, 00:48 Bakıda obyekt səkini zəbt etdi - Qurumdan maraqlı açıqlama: "Uzun illər öncə tikilib" Dünən, 23:48 Pentaqon rəhbəri ABŞ qoşunlarının Yaxın Şərqdəki bazalardan çıxarılmasını istisna etməyib Dünən, 23:48 Həyəcan təbili çalındı: Konqoda Ebola misli görünməmiş sürətlə yayılır Dünən, 23:48 Sabah Masazırın bir hissəsində işıq olmayacaq Dünən, 23:48 ABŞ-İran münaqişəsi yenidən ALOVLANDI: Yaxın Şərq yeni qarşıdurma mərhələsinə daxil olur? Dünən, 22:48 ABŞ Yaxın Şərqdəki bazalardan qoşunları çıxarır? - Heqset AÇIQLADI Dünən, 22:48 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib Dünən, 22:48 Zelenski: Ukrayna vacib danışıqlara hazırlaşır Dünən, 22:48 Oman Hörmüz boğazında üzən mina ehtimalı barədə xəbərdarlıq edib Dünən, 21:48 AP: ABŞ blokadanı yarmağa çalışan ticarət gəmisini sıradan çıxarıb Dünən, 21:48 Ukraynada insanabənzər döyüş robotları peyda olub Dünən, 21:48 Britaniyalı nazir: Azərbaycan təhlükəsizlik və diplomatik sahəsində vacib tərəfdaşdır Dünən, 20:48 İsrail Ordusu: "Hizbullah"ın artilleriya qərargahı məhv edilib Dünən, 20:48 İtaliya təlim missiyası çərçivəsində Rumıniyaya 100 əsgər və qırıcı təyyarələr göndərəcək Dünən, 20:48 "Daily Express" Okamponun siyasi manipulyasiyalarını və sülh prosesinə müdaxiləsini ifşa edir Dünən, 19:48 Azərbaycana Afrikadan turist axını 10 %-ə yaxın artıb Dünən, 19:48 Yuxarı Qarabağ kanalından qadın meyiti tapılıb Dünən, 19:48 Azərbaycan banklarına depozit qoyuluşu azalıb Dünən, 18:48 Ukrayna Rusiyanın 16 vətəndaşına və 31 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR