5-11-2025, 10:48 307

Şabalıd generala baha başa gəldi: Lüks maşınları da əlindən çıxdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini, general-mayor Raul Zeynalov elə xidmətdə olduğu dövrdə şabalıd biznesi ilə məşğul olub.

AVESTA.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı faktlar onun barəsindəki istintaq materiallarında yer alıb.

General hazırda şikayətçi olduğu Ayaz Bayramovla şabalıd biznesinə görə sövdələşib. Ayaz elə onunla eyni nazirlikdə işləyib, "kapitan" rütbəsi ilə xidmət edib.

İş materiallarından görünür ki, Raul Zeynalov kapitana böyük məbləğdə sərmayə ayırmaqla ölkədə şabalıd biznesinin başına keçməyi planlaşdırıb. Onların ilk söhbəti də elə bu mövzuda başlayıb. Kapitan generalı inandırıb ki, özü Qəbələdə böyüyüb və rayonda şabalıd, qoz-fındıq alveri ilə bağlı yaxşı təcrübə toplayıb. Bayramov generala vəd verib ki, onun buraxdığı pullarla Qəbələdən Bakıya tonlarla şabalıd gətirəcək və satış sonrası yaxşı gəlir əldə edəcəklər. O, Bakıda şabalıd biznesini ələ keçirmək üçün 3 milyon, bütün Azərbaycanda bu işə hakim olmaq üçün isə 4-5 milyon manat lazım olduğunu deyib. Bu sözlər generalı daha da şirnikləndirib, o, biznesə pul buraxmağa razılıq verib.

Şabalıd generala baha başa gəldi: Lüks maşınları da əlindən çıxdı

Epizodların birində qeyd olunur ki, R.Zeynalov nazirlikdəki xidməti otağında Ayaza bir neçə dəfə pul verib. Biznesin yavaş-yavaş irəli getdiyini düşündükdə isə hətta qohumlarından da borc alaraq şabalıd alverinə ayırıb.

Lakin general istintaqda, ümumiyyətlə, Ayaz Bayramovun şabalıd alveri etməsindən xəbərsiz olduğunu, onun sadəcə "WhatsApp"da Bakıya daşınan məhsulun şəkillərini atdığını deyib.

Gələcəkdə məhkəmənin araşdıracağı əsas məsələlərdən biri də məhz bu olacaq. Çünki Zeynalov şabalıdın necə alınıb-satıldığını görmədiyini iddia etsə də, uzun müddət bu biznesin davam etməsinə pul xərcləyib. Bu ziddiyyətli məsələnin araşdırılması müdafiə tərəfinin də xüsusi marağındadır.

Şabalıd generala baha başa gəldi: Lüks maşınları da əlindən çıxdı

Cinayət işində belə bir maraqlı epizod da var ki, general Zeynalov nağd pulu olmadığı vaxtlarda biznesin axsamaması üçün yaxınlarının adına rəsmiləşdirdiyi "Lexus", BMW və "Chevrolet" markalı avtomobilləri də girov qoyaraq pul götürməsi üçün Ayaz Bayramovun adına keçirib.

Amma hazırda həbsdə olan kapitan Ayaz Bayramov generalın dediklərini qətiyyən qəbul etmir.

İttiham aktındakı tarixlərdən görünür ki, 2024-cü ilin sonlarına kimi generalla kapitanın əlaqələri davam edib. Elə həmin ərəfələrdə də o, FHN-dəki vəzifəsindən azad edilərək ehtiyata göndərilib. Bu qərarın verilməsi də generalın başının şabalıd biznesinin inkişaf etməsinə qarışması ilə əlaqələndirilir. Çünki onunla birlikdə başqa bir neçə zabit də nazirlikdəki işini itirib.

Hazırda iş Bakı Hərbi Məhkəməsindədir. Hakim Zaur Hacıyevin sədrlik etdiyi növbəti prosesdə Raul Zeynalovun da ifadə verəcəyi gözlənilir. Generalla kapitanın üzləşməsi indidən maraq doğurur.

Qeyd edək ki, cinayət işi üzrə ümumilikdə 9 nəfər zərərçəkmiş qismində tanınıb. Ayaz Bayramov 3 milyon manat ələ keçirməklə xüsusilə külli miqdarda dələduzluq etməkdə ittiham olunur.

Paylaş

Xəbər lenti

Əziz Əlibəyli: "Ərdoğanın İlham Əliyevə zəngi anti-Azərbaycan qruplarına zərbədir" Bu gün, 22:48 Evinin "kupça"sı olmayanlara şad xəbər Bu gün, 22:48 "Vaxtında addım atılsaydı, kampaniya bu həddə çatmazdı" – Politoloq Bu gün, 22:48 Pezeşkian: Tramp İranın neft-qazını istəyir Bu gün, 22:48 Leyla Əliyeva Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub Bu gün, 22:48 Azərbaycan və İtaliya kritik əhəmiyyətli xammal üzrə birgə bəyannamə imzalayıblar Bu gün, 21:48 Sülh müqaviləsinin imzalanmasının uzadılması Cənubi Qafqaz üçün risklər yaradır Bu gün, 21:48 Politoloq: Türkiyə-Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir Bu gün, 21:48 Ronaldonun cəzası müzakirələrə səbəb oldu - Millidən imtina edə bilər Bu gün, 21:48 Gürcüstan millisinin və "Trabzonspor"un sabiq futbolçusu vəfat edib Bu gün, 20:48 Leyla Əliyeva uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb Bu gün, 20:48 Kartdan-karta köçürmələr neçiyə başa gələcək? - RƏQƏMLƏR Bu gün, 20:48 "SOCAR Türkiyə" beynəlxalq banklardan 1,6 milyard dollar həcmində yenidən maliyyələşmə cəlb edib Bu gün, 20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb Bu gün, 20:48 Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub Bu gün, 20:48 Nazənin Əliyeva: Şuşada döyüşən həyat yoldaşım 1993-cü ildə itkin düşüb Bu gün, 19:48 APEC sammitində Rusiya, ABŞ və Çin liderlərinin görüşünə hazırlıq gedir Bu gün, 19:48 Bəqai: Regionda mövcud qeyri-sabitliyin səbəbkarı ABŞ-dir Bu gün, 19:48 Uşakov: Rusiya, ABŞ və Ukrayna danışıqlarının yeni raundu Əbu-Dabidə keçirilə bilər Bu gün, 19:48 "BakuBus" sürücülərinin maaşı açıqlandı - Gündə neçə saat işləyirlər? Bu gün, 19:48 Hövsanda küçə itləri sakinləri qorxuya salır - ŞİKAYƏT Bu gün, 19:48 Damarların sağlamlığını qorumağın yolları müzakirə edildi Bu gün, 18:48 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb Bu gün, 18:48 Fransada etirazlar futbola da təsirini göstərdi - Matç təxirə salındı Bu gün, 18:48 Bakıda 16 yaşlı oğlanın şikayəti əsasında taksi sürücüsü saxlanılıb Bu gün, 18:48 Bakıda obyekt almaq istəyənlərin NƏZƏRİNƏ - Bu rayonlarda kəskin bahalaşıb Bu gün, 18:48 Dövlət Statistika Komitəsinin strukturu dəyişib Bu gün, 17:48 Makron Fransadakı etirazlara xarici müdaxilə ehtimalını istisna etdi Bu gün, 17:48 Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər Bu gün, 17:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu olub Bu gün, 17:48 Prezident Qoşulmama Hərəkatı ilə Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişini təsdiqləyib Bu gün, 17:48 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda Bu gün, 17:48 Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb? - Polisdən açıqlama Bu gün, 17:48 Prezident "Azərbaycan-Qırğızıstan avtomobil əlaqələri sazişi"ni təsdiqləyib Bu gün, 17:48 İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib Bu gün, 17:48 Bakıda taksi sürücüsü qadına hədə-qorxu gəlib pul istəyib? - "Bolt"dan açıqlama Bu gün, 17:48 DİN: "Brain Academy"dəki autizm spektrli 2 yaşlı uşağa qarşı edilən zorakılıq araşdırılır Bu gün, 17:48 Xviça Kvaratsxeliya ağır zədəsi ilə bağlı paylaşım etdi Bu gün, 16:48 Bakıda məmurun xanımı lükə düşdü: AAYDA əməkdaşı 2000 manat cərimələndi Bu gün, 16:48 "Quyruqlu uşaq" iddiasından xilafət xülyasına: Azərbaycana dil uzadanlar kimlərdir? Bu gün, 16:48 Tünzalə Ağayevadan 50 yaşında özünə hədiyyə: "100 dəfə 1000 dəfə" Bu gün, 16:48 "Brain Academy"də fiziki şiddət: Autizmli 2 yaşlı uşaq döyüldü Bu gün, 16:48 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişib Bu gün, 16:48 Azərbaycanlı çobanın Ermənistana keçməsinin təfərrüatı Bu gün, 16:48 "Sabah"la oyundan qayıdan "Borussiya Dortmund" "Qarabağ"a təşəkkür edib Bu gün, 16:48 Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb Bu gün, 15:48 Azərbaycanla İndoneziya arasında siyasi məshələtləşmələr keçirilib Bu gün, 15:48 Selin dağıtdığı yollar və körpülər indi belə görünür – ƏVVƏL VƏ SONRA Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR