
Danimarka millisinin və İspaniya "Sevilya"sının futbolçusu Tomas Dileyni Qətərdə keçirilən dünya çempionatının qalan hissəsini buraxacaq.
"AVESTA.AZ" Danimarka Futbol Federaiyasının rəsmi saytına istinadən xəbər verir ki, Tunisə qarşı D qrupunun I tur oyununda sol dizindən zədələnən 31 yaşlı müdafiəçi təqribən 4 həftəlik sıradan çıxıb.
Bu isə o deməkdir ki, Danimarka yığması finaladək irəliləsə belə, təcrübəli oyunçu meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Danimarka - Tunis görüşü qolsuz heç-heçə ilə başa çatıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.