5-11-2025, 15:48 177

Bakıda

Bakıda "Fərqliliyin rəngi" festivalı keçirilib.

BAKU.WS xəbər verir ki, tədbirdə 33 dini icma və təşkilatlar – Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsi, Roma Katolik Kilsəsi, Alban-Udi Xristian icması, Azərbaycan Bəhailəri Dini Mərkəzi və digərləri iştirak ediblər.

Bildirilib ki, festival Azərbaycanda formalaşmış tolerantlıq, multikulturalizm, dinlərarası harmoniya və birgəyaşayış dəyərlərinin təbliği məqsədilə təşkil olunub.

Eyni zamanda, tədbir Azərbaycanın çoxmədəniyyətli kimliyini, əsrlər boyu qorunan tolerantlıq ənənəsini və cəmiyyətimizdəki həmrəyliyin gücünü bir daha nümayiş etdirir.

Rəsmi və bədii hissədən sonra festivalda dini icma nümayəndələrinin birgə dua mərasimi olub.

Tədbir xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

Qeyd edək ki, festival Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və "Global Media Group"un media tərəfdaşlığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilib.

*** 10:51

"Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə əlaqədar silsilə tədbirlər çərçivəsində noyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı, ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini konfessiyaların nümayəndələrinin iştirakı ilə "Fərqliliyin rəngi" adlı festival keçirilir.

Bakı Ekspo Mərkəzində təşkil edilən tədbirin məqsədi ölkəmizdəki konfessiyalararası həmrəyliyin, milli birliyin, mənəvi vəhdətin, dini-mədəni müxtəlifliyin unikal nümunəsini təqdim etmək, habelə onların adət-ənənələrinin, mədəni irslərinin inkişafı üçün yaradılan şəraiti nümayiş etdirməkdir.

Festival çərçivəsində dini qurumların fəaliyyətini, dini ənənə və dəyərlərini əks etdirən fotostendlər, ədəbiyyat, geyim nümunələri, əl işləri, eləcə də digər dini məzmunlu materiallardan ibarət sərgilər açılıb.

Festival iştirakçıları əvvəlcə Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Roma Katolik Kilsəsinin Apostol Prefekturası, Dağ Yəhudiləri, Sefarad Yəhudiləri və Avropa Yəhudilərinin Bakı dini icmaları,Azərbaycan Bibliya Cəmiyyəti, Azərbaycan Bəhailəri Dini Mərkəzi, Alban-Udi, Krişna Şüuru, Gürcü pravoslav və Molokan-ruhani xristian dini icmalarıdaxil olmaqla bir çox dini qurumun stendləri ilə tanış olmaq imkanı əldə edəcəklər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayacaq və Azərbaycandakı tolerantlıq mühitini əks etdirən videoçarx nümayiş olunacaq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Rafael Hüseynov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayev və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxış edəcəklər.

Festival dini konfessiyaların musiqi qruplarının çıxışlarından ibarət bədii hissə ilə davam edəcək.Sonda fəal iştiraklarına görə dini qurumların təmsilçiləri və "AMİN" könüllüləri təşəkkürnamə ilə təltif ediləcəklər.

Paylaş

Xəbər lenti

Daha bir qrup ukraynalı uşaq bu gün Azərbaycana gətiriləcək Bu gün, 10:48 KitKat fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1 həyəcanını canlı yaşadılar Bu gün, 10:48 Bakıda bu ərazidə yeni tunel TİKİLƏCƏK Bu gün, 10:48 "Harmoniya" sənədli filmi Romada təqdim olunacaq Bu gün, 10:48 Azərbaycanda maaş artımı ilə bağlı SEVİNDİRİCİ XƏBƏR Bu gün, 10:48 İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI Bu gün, 10:48 Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM Bu gün, 10:48 Paytaxtın bu qəsəbələrində ev və torpaqlar bahalaşa bilər: Səbəb AÇIQLANDI Bu gün, 09:48 46 ildən sonra təmir edilən məktəbdə narazılıq: "Şagirdlər hər gün əlavə beş kilometr yol gedirlər" Bu gün, 09:48 Milyonlarını itirən, ağır xəstəliyə tutulan Sərdar Ortaç qumardan niyə uzaqlaşmadı? Bu gün, 09:48 "Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib Bu gün, 09:48 Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var Bu gün, 09:48 Ağstafada 34 yaşlı kişi qətlə yetirilib, saxlanılan var Bu gün, 08:48 Azərbaycanda zavodda yanğın - Ehtiyatlara zərər dəyməyib Bu gün, 08:48 Bakıda 10 istiqamətdə tıxac müşahidə olunur Bu gün, 08:48 Türkiyə Azərbaycan helikopterlərini silahlandıracaq Bu gün, 08:48 Şəhər böyüyür, yollar daralır: Paytaxtda hərəkəti çətinləşdirən əsas səbəb nədir? Bu gün, 08:48 Tramp: Hörmüz boğazından rekord həcmdə neft daşınıb Bu gün, 00:48 Mustafa Sandalın həyat yoldaşının adı fond qalmaqalında hallandı Dünən, 23:48 Ekspert: "Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." Dünən, 23:48 Gələcəyi daha çox düşünən bürclər hansılardır? Dünən, 23:48 Britaniyada ABŞ aviabazasının yaxınlığında 5 nəfər saxlanılıb Dünən, 22:48 Azərbaycanda avtomobil almaq çətinləşir? - İdxal niyə kəskin azalıb? Dünən, 22:48 Hindistanda güclü yağışlar 56 nəfərin ölümünə səbəb olub Dünən, 22:48 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər parkını ziyarət ediblər Dünən, 21:48 Azərbaycan Ordusunda Anım günü münasibətilə tədbirlər keçirilib Dünən, 21:48 Bir vəsiqə ilə türk dünyasına səyahət etmək: Azərbaycanlı turistləri hansı imkanlar gözləyir? Dünən, 21:48 18 Aİ ölkəsi qeyri-qanuni miqrasiyaya qarşı birgə plan razılaşdırıb Dünən, 21:48 Şəhid Şahgündüz Cabbarovun anası oğlunun son arzusundan danışdı Dünən, 20:48 Qazaxıstanda Xəzərdəki faciə ilə bağlı ŞOK DETAL Hərbçilər təlim zamanı xilasedici jiletlərlə təmin edilməyib Dünən, 20:48 İran ABŞ-lə danışıqlara hazır olduğunu açıqladı: "İstənilən təcavüzə qarşı dayanacağıq" Dünən, 20:48 UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib Dünən, 19:48 Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər Dünən, 19:48 Bakıya gəlmək istəyən erməni tankları Dünən, 19:48 Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq" Dünən, 19:48 Türkiyə MMN Azərbaycanın şəhidlərini ehtiramla anıb Dünən, 18:48 UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyununda ikinci hissə başlayıb Dünən, 18:48 İranda müharibə zamanı 7 250 nəfər dağıntılar altından xilas edilib Dünən, 18:48 Azərbaycanın gənclər və könüllü təşkilatları beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb Dünən, 18:48 "44" bədii filminin növbəti tizeri yayımlanıb Dünən, 17:48 Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq Dünən, 17:48 UEFA Millətlər Liqası: Azərbaycan millisi Litva ilə oyunda hesabı bərabərləşdirib Dünən, 17:48 Kiyevdə dron hücumu zamanı azərbaycanlı həlak olub Dünən, 17:48 FIA prezidenti: "Bakıdakı "Formula 1" tamaşaçılara maraqlı yarış izləmək imkanı yaradır" Dünən, 16:48 İran Hörmüz boğazında ABŞ ordusuna məxsus ikinci sualtı pilotsuz qurğunu ələ keçirdiyini açıqlayıb Dünən, 16:48 Anım Günü ilə bağlı 80 vətəndaşa pulsuz hüquqi yardım göstərilib Dünən, 16:48 Ərdoğan: "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq" Dünən, 16:48 Müşavir vəzifəsindən çıxdı, şöbə müdiri oldu Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR