5-11-2025, 20:48 355

Reper, müsəlman, sosialist - Nyu-Yorkun yeni meri kimdir?

Nyu-York şəhərinin yeni meri ilk dəfə olaraq müsəlman olan Zöhran Mamdani seçilib. O, 2026-cı il yanvarın 1-də vəzifəsinin icrasına başlayacaq.

AVESTA.AZ-in məlumatına görə, siyasətçi "yaşayış xərcləri böhranı" ilə mübarizə aparmaq niyyətindədir və ABŞ prezidenti Donald Trampla açıq qarşıdurması ilə tanınır.

Ağ Evin rəhbəri Mamdanini deportasiya etməklə, hətta Nyu-Yorku "ələ keçirməklə" hədələyib. Yeni seçilmiş merin əleyhdarları isə hesab edirlər ki, o, şəhəri "cihadçıların hökm sürdüyü müsəlman cənnətinə" çevirmək istəyir.

Yeni Nyu-York meri kimdir?

Noyabrın 4-də keçirilən seçkilərdə 34 yaşlı demokrat-sosialist Zöhran Mamdani qalib gəlib. Mamdani Nyu-York tarixində ilk müsəlman mer, ilk cənubi asiyalı mənşəli mer və Afrikada doğulan ilk şəhər başçısı olacaq. O, həm də 1892-ci ildən bəri şəhərin ən gənc meri sayılır.

Seçkilərdə iki milyondan çox sakin iştirak edib ki, bu da son 50 ildə rekord göstəricidir. Mamdani keçmiş Nyu-York qubernatoru Endryu Kuomonu və respublikaçı Kurtis Sliovanı geridə qoyub. O, 2026-cı il yanvarın 1-də and içəcək.

Reper, müsəlman, sosialist - Nyu-Yorkun yeni meri kimdir?

Amerika mediası Mamdaninin qələbəsini geniş işıqlandırıb. "New York Post" qəzetinin 5 noyabr buraxılışının üz qabığında siyasətçi qırmızı kostyumda, şəhər fonunda çəkilmişdi. Əlində isə oraq və çəkic təsvir olunmuşdu. Qəzet şəhərin "Böyük alma" (Big Apple) ləqəbini dəyişərək "Qırmızı alma" adlandırmışdı.

Mamdani kimdir və nə ilə məşğuldur?

Zöhran Mamdani 1991-ci il 18 oktyabrda Uqandanın paytaxtı Kampalada doğulub. Onun ailəsi ugandalı-hindistanlı müsəlmandır. Anası - "Oskar" mükafatına namizəd rejissor Mira Nair, atası isə Kolumbiya Universitetinin professoru Mahmud Mamdanidir.

Beş yaşında ailəsi ilə Cənubi Afrikanın Keyptaun şəhərinə, daha sonra Nyu-Yorka köçüb. Orada orta məktəbi bitirib və 2014-cü ildə Meyn ştatındakı "Bowdoin" kollecini afrikanistika ixtisası üzrə bitirib. Daha sonra ipoteka borcluları ilə işləyərək onların evsiz qalmasının qarşısını almaqla məşğul olub.

Mamdani həm də reperdir - Young Cardamom və Mr. Cardamom ləqəbləri ilə çıxış edib. Onun sosial mövzulu "Nani" mahnısının klipində hind əsilli aktrisa və televiziya aparıcısı Madxur Ceffri çəkilib.

2018-ci ildə ABŞ vətəndaşlığı alıb, 2025-ci ilin əvvəlində isə suriyalı rəssam Rama Duvaci ilə evlənib.

Reper, müsəlman, sosialist - Nyu-Yorkun yeni meri kimdir?

Mamdaninin baxışları və maraqları

O, şiə müsəlmandır (on iki imamçı məzhəbinə mənsubdur). Futbolda İngiltərənin "Arsenal" klubunun, eləcə də "New York Giants" və "New York Mets" komandalarının azarkeşidir.

Zöhran Mamdani Amerika Demokrat Sosialistləri Təşkilatının (DSA) üzvüdür. 2020-ci ilin noyabrında Nyu-York ştatının qanunverici məclisinə seçilib və bu orqanın tarixində ilk ugandalı, həm də üçüncü müsəlman üzv olub.

2025-ci ildə Demokrat Partiyasının ilkin seçkilərində namizədliyini irəli sürərək Endryu Kuomonun favorit hesab olunduğu yarışı gözlənilmədən udub.

Sosial şəbəkələrdə fəallığı ona xüsusilə gənclər arasında böyük dəstək qazandırıb. O, TikTok-da müxtəlif etnik qruplara - benqal, ispan və digər dillərdə müraciət edərək seçiciləri səfərbər edib. Həmçinin soyuq okeana tullanarkən çəkilmiş videosunda "kirayə qiymətlərinin dondurulması" təşəbbüsünü simvolik şəkildə təbliğ edib.

Reper, müsəlman, sosialist - Nyu-Yorkun yeni meri kimdir?

Tramp ilə münasibətləri

Mənbələrin yazdığına görə, Donald Trampla Mamdani arasında ciddi qarşıdurma mövcuddur. Mamdani özünü "Trampın ən qorxulu kabusu" adlandırıb və onu "amerikalı işçi sinfini satmaqda" ittiham edib.

Tramp cavabında bildirib: "ABŞ prezidenti olaraq, bu kommunist dəlini Nyu-Yorku məhv etməyə qoymayacağam. Mənim əlimdə bütün kartlar var".

Tramp Mamdanini həbs etdirməklə, deportasiya etdirməklə və şəhərin federal maliyyələşdirilməsini kəsməklə hədələyib.

Mamdaninin cavabı sərt olub. O, seçki gecəsindəki çıxışında Trampa səslənərək deyib: "Əgər Donald Tramp kimi birini necə məğlub etməyi bu ölkəyə göstərə biləcək bir şəhər varsa, o da onu doğan şəhərdir. Odur ki, Tramp, səsini bir az aç".

Almaniyanın Der Spiegel nəşri bunu "Trampa qarşı siyasi müharibənin elan olunması" kimi qiymətləndirib.

Reper, müsəlman, sosialist - Nyu-Yorkun yeni meri kimdir?

Yeni merin planları

Zöhran Mamdani "yaşayış xərcləri böhranı" ilə mübarizəni prioritet hesab edir. Onun proqramında bunlar yer alır:

Avtobuslarda pulsuz gediş haqqı,

Varlılardan əlavə verginin tətbiqi,

Kirayə qiymətlərinin dondurulması,

5 yaşadək uşaqlar üçün pulsuz məktəbəqədər təhsil.

Seçkidən sonra Mamdani deyib: "Nyu-York - immiqrantların şəhəridir. Onlar bu şəhəri qurdular, inkişaf etdirdilər və indi bu şəhəri immiqrant idarə edəcək."

Bəzi müxalif qüvvələr Mamdanini "Nyu-Yorku müsəlman cənnətinə çevirmək" niyyətində ittiham ediblər, lakin siyasətçi heç vaxt belə fikirlər səsləndirməyib.

Bundan əlavə, Mamdani İsraili Qəzza zolağında "aparteid və soyqırım siyasəti" aparmaqda günahlandırıb, ABŞ-ı Təl-Əvivlə maliyyə əlaqələrini kəsməyə çağırıb və İsrailin baş naziri Benyamin Netanyahunun həbsinə order verməyə hazır olduğunu bildirib.

Onun qələbəsindən sonra sabiq ABŞ prezidenti Barak Obama Mamdanini təbrik edib və dəstəyini ifadə edib. Qərb mediası hesab edir ki, Mamdani gələcəkdə Demokrat Partiyasının əsas simalarından birinə çevriləcək, baxmayaraq ki, prezident ola bilməz, çünki ABŞ-da doğulmayıb.

Paylaş

Xəbər lenti

Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR