
Braziliya millisinin sabiq futbolçusu Ronaldo koronavirusa yoluxub.
"Report" "Globo" nəşrinə istinadən xəbər verir ki, veteran hücumçu bu səbəbdən yığmanın Qətərdəki dünya çempionatında bu gün Serbiyaya qarşı keçirəcəyi G qrupunun I tur oyununu stadiondan izləyə bilməyəcək.
Test nəticəsi müsbət çıxan əfsanəvi forvard qaldığı oteldə karantinə alınıb.
Qeyd edək ki, Ronaldo 1994 və 2002-ci dünya çempionatlarının qalibi olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.