7-11-2025, 18:48 316

"Global Media Group" Media Akademiyasının tərkibində fəaliyyət göstərən Report Media Məktəbi və Peşəkar Media Məktəbinin birgə təlim proqramına start verilib.

BAKU.WS xəbər verir ki, müraciət edənlərdən 10 tələbə xəbər, müsahibə, reportaj, araşdırma yazıları hazırlayıb jurnalistika peşəsinin sirlərini öyrənməklə yanaşı, fotojurnalistika, rəqəmsal marketinq, yumşaq bacarıqlar istiqamətində bilik əldə edəcək.

Təlim dövründə xəbər jurnalistikasına və rəqəmsallığa önəm veriləcək.

Peşəkar Media Məktəbində keçirilən görüşdə Global Management MMC-də İnsan Resursları Departamentinin rəhbəri Səadət İsmayılova, "Global Management" MMC-nin İnsan resursları departamentinin baş meneceri Mələknaz Yusifova, "Report" İnformasiya Agentliyinin baş redaktoru Namiq Mayılov, Report Media Məktəbinin rəhbəri və təlimçisi İsmayıl Rafiqoğlu, Peşəkar Media Məktəbinin təlimçiləri - Global Menecment MMC-nin marketinq departament rəhbəri Laura Seyidbəyova, PR və marketinq meneceri Vüsal Bəkirov, Global Photostock MMC-nin direktoru Ramil Zeynalov iştirak ediblər.

Görüşdə çıxış edən Səadət İsmayılova "Global Media Group" Media Akademiyasında kifayət qədər ciddi təlimlərin keçirildiyini vurğulayıb:

"İllərdir bir sıra media layihələrini uğurla reallaşdırırıq. Təlim komandasında da peşəkarlar çalışırlar. Bu layihədə rəqəmsallığın və yeni texnologiyaların tədrisini daha da gücləndirməyi düşünürük. Holdinqin daxili siyasəti elədir ki, açıq vakansiyalarda ilk olaraq təlimi uğurla bitirmiş tələbələrin namizədliyinə baxılır. Yaxşı nəticələr göstərənləri işə cəlb edirik".

Daha sonra çıxış edən Namiq Mayılov jurnalistikada çalışmaq üçün peşəyə həvəsli olmağın vacibliyini qeyd edib.

"Jurnalistikanı sevərək mətbuata üz tutan gənclərlə işləmək olduqca xoşdur. Bizim peşəmiz elə də asan deyil. Stressi, qaçhaqaçı, həyəcanı da var, amma çox maraqlıdır. Hətta 60 yaşında belə əlində mikrofonla gedərkən özünü çox gənc hiss edirsən. Hesab edirəm, burada alacağınız biliklər sizə faydalı olacaq", - baş redaktor deyib.

Sonda İsmayıl Rafiqoğlu təlimə seçilən tələbələri təbrik edib:

"Seçim turu heç də asan olmayıb. İnsan Resursları Departamenti ilə birlikdə bu qrupu formalaşdırmaq üçün xeyli çalışmışıq. Hər seçilən tələbə müəyyən tapşırığı yerinə yetirməklə yer qazanıb. Növbəti aylarda prosesin uğurlu davam edəcəyinə inanıram".

Qeyd edək ki, "Report" İnformasiya Agentliyinin tərkibində olan Report Media Məktəbində 2018-ci ildən təlimlər keçirilir. Media məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir. İndiyədək Report Media Məktəbini onlarla gənc bitirib. Həmin gənclər ölkənin müxtəlif media qurumlarında çalışırlar.

Report İnformasiya Agentliyi 2021-ci ildən "Global Media Group" media şirkətləri qrupunun tərkibində fəaliyyət göstərir. Burada yaradılan Media Akademiyası müasir mediada karyera qurmaq istəyən gənclərə geniş imkanlar təqdim edən tədris platformasıdır. Akademiya müxtəlif media məktəblərini bir araya gətirir, tələbələrə keyfiyyətli təhsil və praktik təcrübə təqdim edir.

Media Akademiyasının tərkibinə Report Media Məktəbi, Baku TV Rəqəmsal Media Məktəbi, Peşəkar Media Məktəbi daxildir.

Paylaş

Xəbər lenti

Daha bir xəstəxananın direktoru vəzifəsindən AZAD EDİLDİ Dünən, 23:48 İradə İbrahimova: "Ana-atamı yaxşı tanımamışam" Dünən, 23:48 Məşhur aktyor "Eşref Rüya"da Dünən, 23:48 "Sabah" komandası mükafatlandırılıb Dünən, 23:48 Bakıda keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb Dünən, 23:48 "İpək yolu" rallisi Bakıya çatdı - "Bir ildir ki, buna hazırlaşırdıq" Dünən, 22:48 "Sabah" Azərbaycan Kubokunun qalibi olub Dünən, 22:48 Azərbaycanda dollar erası bitir? Dünən, 22:48 Valdas Dambrauskas: "Sabah" bu mövsüm mükəmməl mövsüm keçirdi" Dünən, 22:48 AFFA prezidenti: İnanıram ki, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edəcəksiniz Dünən, 22:48 "Can veririk, bizə kömək edin!" - Kənddə qalan sakinlər fəryad edirlər Dünən, 21:48 Xatirə İslam hava limanında 10 saat gözlədi Dünən, 21:48 Avtobus dayanacağa 40 dəqiqəyə çatdı, sürücü ilə mübahisə düşdü Dünən, 21:48 "Sabah"- "Zirə" oyununda hesab bərabərləşib Dünən, 21:48 Röya və Əkbərin "Ay qız" mahnısı geri qaytarıldı - Plagiat iddiaları yalan çıxdı Dünən, 21:48 Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir Dünən, 20:48 "Sabah" - "Zirə" oyununda hesab açılıb Dünən, 20:48 Bakı Dəmiryol Vağzalında vətəndaşları SEVİNDİRƏCƏK YENİLİK Dünən, 20:48 İdris Cəfərov: "Həkimlər Nazimin ödünü çıxaranda qaraciyərini də zədələyiblər" Dünən, 20:48 Ermənistanda revanşizm meyilləri və regionda artan siyasi gərginlik MÜZAKİRƏ EDİLDİ Dünən, 19:48 Arvadı Makronu təyyarədə iranlı aktrisa ilə yazışmalarına görə sillələyib? Dünən, 19:48 Ağciyər Xəstəlikləri İnstitutu vərəm xəstələrini evə buraxır? - İDDİA Dünən, 19:48 SOCAR-ın prezidenti "Özbəkistanın nefti və qazı" 28-ci beynəlxalq sərgi-konfransında iştirak edib Dünən, 19:48 Azərbaycan və Belarusun hərbi informasiya sahəsində nümayəndələrinin işçi görüşü keçirilib Dünən, 19:48 "Neftçi"nin qızlardan ibarət komandası növbəti dəfə Azərbaycan çempionu olub Dünən, 19:48 Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib Dünən, 18:48 Məşhur generalın xanımı vəkilliyə başladı Dünən, 18:48 Azərbaycan və Özbəkistan HHQ nümayəndələrinin görüşü olub Dünən, 18:48 Türkiyədən evlənmək üçün Azərbaycana gəldi, küçədə qaldı: 67 minlik dələduzluq iddiası Dünən, 18:48 Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Hindistana təhvil verib Dünən, 18:48 Bəzi yerlərdə intensiv yağış yağır, dolu düşüb - FAKTİKİ HAVA Dünən, 18:48 Sahibə Qafarova Slovakiya Milli Şurasının sədri ilə görüşüb Dünən, 17:48 Təqsirləndirilən şəxsi azadlığa buraxdıracağına söz verdi, özü həbsə düşdü Dünən, 17:48 Bakıda "İqlim dəyişikliyi üzrə həmkarlar ittifaqlarının fəaliyyəti" mövzusunda konfrans keçirilib Dünən, 17:48 İbrahim İbrahimova yeni vəzifə verildi Dünən, 17:48 SOCAR Özbəkistanda nümayəndəlik açacaq Dünən, 17:48 Paytaxtda taksilərdə "BakıKart" ilə ödəniş etmək mümkün olacaq? Dünən, 17:48 Rusiyada tikintidə işləməyə adam tapmırlar - 200000-dən çox işçi ÇATMIR Dünən, 17:48 Sabah Salyan və Hacıqabulun bəzi kəndlərində qaz kəsiləcək Dünən, 16:48 Sərhədçiləri görüb narkotiki dənizə atdılar - Xaçmazda saxlanılan İran vətəndaşlarından XƏBƏR VAR Dünən, 16:48 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir Dünən, 16:48 "Haber Global" Azərbaycanın TDT-dəki rolu ilə bağlı süjet hazırlayıb Dünən, 16:48 Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 91 min barel geri qalıb Dünən, 16:48 Dövlət Komitəsi: Naxçıvanın Baş planı razılaşdırma mərhələsindədir Dünən, 16:48 3 gün güclü külək əsəcək - XƏBƏRDARLIQ Dünən, 16:48 Alimlər müəyyən etdi: kişilər daha tez vurulur, qadınlar isə daha dərin sevir Dünən, 16:48 Bu şəxslər universitetə birbaşa qəbul ola bilər - DİM-dən xatırlatma Dünən, 15:48 Londonda ölən 34 yaşlı azərbaycanlı hamilə qadın KİM İDİ? Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR