
Bərdədə iki nəfər dəm qazından zəhərlənərək ölüb.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Tumaslı kəndində qeydə alınıb.
Kənd sakini Fətəliyeva Aytən Əsgər qızı nəvəsi Nəcəfov Sadiq Orxan oğlunu çimizdirərkən dəm qazından zəhərləniblər.
Hər iki şəxsin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə Morquna qaldırılıb. Tibbi müayinədən sonra aidiyyatı üzrə təhvil verilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.