10-11-2025, 07:48 332

D vitamini həddindən artıq içilərsə, hansı nəticələr verə bilər?

Son illərdə D vitamini qəbulu bir çox insan üçün normaya çevrilib.

Lakin bu vitaminin orqanizmdə yüksək tərkibdə - 150 ​​ng/ml-dən yuxarı olması qanda kalsiumun toplanmasına gətirib çıxara bilər ki, bu da onun ürək əzələsində, bağırsaq və mədə divarlarında çöküntü şəklində yığılmasına səbəb ola bilər.

AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim, pediatr Yelena Aleksentseva "İzvestiya" nəşrinə müsahibəsində danışıb.

Həkimin sözlərinə görə, həmçinin artıq miqdarda D vitamini hüceyrə membranlarına və maddələr mübadiləsinə birbaşa toksik təsir göstərə bilər. Həddindən artıq dozada D vitamini qəbul etmək təkcə onun orqanizmdə miqdarının artmasına deyil, eyni zamanda orqanizm tərəfindən kalsiumun udulmasının artmasına da səbəb ola bilər ki, bu da hiperkalsemiyaya - qanda kalsium səviyyəsinin yüksəlməsinə gətirib çıxara bilər.

"Bu pozuntu fonunda həzm pozğunluqları, başgicəllənmə, yüksək dərəcədə halsızlıq və huşun qarışması kimi hallar ortaya çıxa bilər. D vitamini hipervitaminozunun digər bir nəticəsi K2 vitamini aktivliyinin pozulmasıdır ki, bunun nəticəsində sümük kütləsinin itkisi baş verə bilər. Həmçinin bu maddənin orqanizmdə artması böyrəklərin zədələnməsinə də səbəb olur", - deyə Yelena Aleksentseva əlavə edib.

Lakin sadəcə günəş altında qalmaqla və ya xüsusi diyet saxlamaqla D vitamininin orqanizm üçün təhlükəli səviyyələrinə çatmaq mümkün deyil: bu, yalnız dərmanlar və ya qida əlavələrinin qəbulu nəticəsində baş verə bilər. Həkim vurğulayıb ki, bu vəziyyət daha çox uşaq yaşlarında raxitin profilaktikasına yönəlmiş dərmanlar və əlavələrin qəbulu zamanı, xüsusən də balıq yağı əlavələri ilə eyni vaxtda qəbul edildikdə baş verir.

Aleksentseva qeyd edib ki, normal dozalarda D vitamini faydalıdır. Məsələn, D vitamini reseptorların insulinə həssaslığını artırır, sümük toxumasını gücləndirir, cinsi hormonların (testosteron, estrogen, progesteron) sintezini təşviq edir, reproduktiv funksiyanı yaxşılaşdırır, anadangəlmə və qazanılmış immunitetə ​​təsir göstərir və şiş əmələ gəlməsinin, depressiyanın yaranmasının və Parkinson xəstəliyinin qarşısını alır.

Həkimin sözlərinə görə, D vitamini səviyyəsinə nəzarət və onun dəstəklənməsi üçün preparatların qəbulu ilk növbədə raxit, bədən kütləsi defisiti (azlığı), uzunmüddətli yataq rejimi, günəş altında məhdud qalma, 65 yaşdan yuxarı olanlar, osteoporoz və osteomalyasiya, malabsorbsiya sindromu, qaraciyər və böyrək xəstəlikləri, paratiroid vəzi, allergik və autoimmun xəstəlikləri, piylənmə, limfomalar və qranulomatoz xəstəlikləri olan xəstələr üçün tövsiyə olunur.

Paylaş

Xəbər lenti

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq Bu gün, 17:48 David De Xea "Fiorentina"dan ayrıla bilər Bu gün, 17:48 Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir Bu gün, 17:48 Azərbaycan Basketbol Liqası: "Neftçi" "LANDAU Lions"u məğlub edib Bu gün, 17:48 Şuşada kişi araq almağa pul verməyən arvadını döydü Bu gün, 17:48 Qızılın saxta olub-olmadığını necə yoxlayaq? Bu gün, 16:48 Bağlanan banklara borcu olanlara xəbərdarlıq Bu gün, 16:48 Azərbaycanda "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir Bu gün, 16:48 XİN: Feridun Sinirlioğlunun BMT-nin Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq Bu gün, 16:48 Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb Bu gün, 16:48 Bəzi hərbçilər cərimələnəcəklər Bu gün, 15:48 Moped və velosiped sürənlərə XƏBƏRDARLIQ Bu gün, 15:48 Gəncədə "BakuBus"un avtobusu qəza törətdi Bu gün, 15:48 "Yeraltı"nın eşq yaşayan aktyorları ilk dəfə birlikdə görüntüləndilər Bu gün, 15:48 Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? Bu gün, 15:48 Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü Bu gün, 15:48 "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü Bu gün, 14:49 Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi Bu gün, 14:49 Maştağada avtomobil velosipedçini vuraraq öldürüb Bu gün, 14:49 Moskva ilə Bakı arasında kruiz layneri fəaliyyət göstərəcək Bu gün, 14:48 Xalq artisti Röya Ayxandan qeyri-adi obraz... Bu gün, 14:48 Tennis üzrə ölkə birinciliyinə yekun vurulub! Bu gün, 14:48 Canni İnfantino: "Bakıdakı U-15 dünya çempionatı və festivalı FIFA-nın ən uğurlu layihəsidir" Bu gün, 14:48 Flora Kərimova oğlu və qızı ilə Bu gün, 14:48 Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb Bu gün, 14:48 Bərdədə 17 yaşlı gənc ağır qəza törətdi Bu gün, 14:48 Noyabrın ilk günü hava necə olacaq? Bu gün, 13:48 Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib Bu gün, 13:48 Mixail Qusmanın məşhur proqramı efirə qayıdır: Bu dəfə Azərbaycan kanallarında Bu gün, 13:48 ADY: Sabahdan Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayı 4-ə çatdırılır Bu gün, 13:48 Tələbələrə yardım 23 yaşda bitməməlidir: Səbəb Bu gün, 13:48 Azərbaycanda 1800 vətəndaş ölümündən sonra orqanlarının bağışlanması üçün reyestrdə qeydiyyatdan keçib Bu gün, 13:48 Məmur Şəkidə "ciyər axşamı"nda bələdiyyə sədrinin başına butulka çırpdı - Təfərrüat Bu gün, 13:48 Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi Bu gün, 12:48 FHN SOCAR-ın zavodunda yanğın-taktiki təlim keçirib Bu gün, 12:48 Çində yeni tendensiya - Gənclər ev heyvanı əvəzinə mamır basmış kərpic saxlayırlar Bu gün, 12:48 Anbardar iş adamını aldatdı: Milyonluq dələduzluq Bu gün, 12:48 Deputat: "Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" Bu gün, 12:48 Bulvar dənizdən 30 kilometr aralı qala bilər Bu gün, 11:48 Qızıllar oğurlandı - Evdə usta işləyən kişi saxlanıldı Bu gün, 11:48 Qubadlıda ilk su elektrik stansiyası tikilir Bu gün, 11:48 "Qalatasaray"ın komandanı daşıyan avtobusuna kartof-soğan yüklədilər Bu gün, 11:48 Saçların ciddi zədələndiyini göstərən 5 əlamət Bu gün, 10:48 Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib Bu gün, 10:48 Yaponiyada qatar ayı ilə toqquşdu: Vaqon relsdən çıxdı Bu gün, 10:48 Qubanın alma bağlarında xəstəlik yayılıb, məhsuldarlıq xeyli azalıb Bu gün, 10:48 Masazırda binada yıxılaraq köməksiz qalan şəxs xilas olunub Bu gün, 10:48 Arıqlamaq üçün pəhrizdən daha vacib olan nədir? Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR