
Dövlətimizin başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə Ceyhun Ramiz oğlu Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunub.
BAKU.WS Ceyhun Cəlilov dosyesini təqdim edir:
1987-ci ildə Naxçıvanın Şahbuz şəhərində anadan olan Ceyhun Ramiz oğlu Cəlilov ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində alıb. O, 2009-cu ildə "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bakalavr, 2012-ci ildə isə eyni ixtisas üzrə magistr dərəcəsi əldə edib. 2013-cü ildə Böyük Britaniyanın Esseks Universitetində "Maliyyə" ixtisası üzrə magistr təhsilini başa vurub.
Karyerası ərzində o, 2011–2013-cü illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin (indiki İqtisadiyyat Nazirliyi) Beynəlxalq Təşkilatlarla Əməkdaşlıq Şöbəsində fəaliyyət göstərib. 2013–2021-ci illər arasında "BP Caspian" şirkətinin Maliyyə departamentində müxtəlif vəzifələrdə çalışıb.
2021-ci ilin martında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində (DOST Agentliyi) İdarə Heyətinin sədrinin müşaviri, həmin ilin avqustunda isə sədr müavini təyin olunub. Daha sonra Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri kimi fəaliyyət göstərib.
Ceyhun Cəlilov evlidir, iki övladı var.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.