13-11-2025, 10:48 289

İlham Əliyev ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinə "On İki Həvari Kvorumu"nun üzvü Deyvid Bednar, Yetmişlər Komitəsinin üzvü və Avropa Mərkəzi Ərazi İdarəsinin birinci məsləhətçisi Cek Gerard, Stirlinq Fondunun prezidenti və idarə heyətinin sədri Mayls Hansen və Yetmişlər Komitəsinin Mərkəzi Avropa və Avrasiya üzrə kvorumunun üzvü Pol Pikard daxildir.

AZƏRTAC xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevlə ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətinin əvvəlki görüşləri məmnunluqla xatırlandı.

Qonaqlar ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdırdılar.

Təbriklərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaların tarixi əhəmiyyət daşıdığını deyərək, onların regionun inkişafı üçün mühüm rol oynadığını vurğuladı. Donald Trampın yenidən Prezident seçilməsindən sonra Azərbaycan-ABŞ əlaqələrinin yeni mərhələyə keçdiyini bildirən Prezident İlham Əliyev bu ilin avqustunda Vaşinqtona səfəri çərçivəsində ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı mühüm sənədlərin imzalandığını xatırladı.

Qonaqlar Azərbaycan hökumətinin Amerika Birləşmiş Ştatlarının İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsini rəsmi qeydiyyata almasına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirərək, bu kilsənin Bakı ofisinin açılışında iştirak edəcəklərini dedilər və bunu ölkəmizdə bütün dinlərin nümayəndələrinə göstərilən qayğının təcəssümü kimi qiymətləndirdilər.

Görüşdə Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi ilə bağlı dövlət səviyyəsində həyata keçirilən işlərdən söhbət açıldı, bu istiqamətdə ölkəmizdə bir çox mühüm beynəlxalq tədbirin təşkil edildiyi vurğulandı.

Tolerantlığın xalqımızın həyat tərzi olduğu bildirildi, tarixən ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələrinin bir ailə kimi dinc və sülh şəraitində yaşadığı qeyd edildi.

Paylaş

Xəbər lenti

2027-ci ildən dövlət qurumlarına qəbul belə olacaq Bu gün, 13:48 İran: Hörmüz boğazında 3 neft tankeri minaya düşüb Bu gün, 13:48 Putin: Rusiya, ABŞ və Çin regional münaqişələrin həllində ortaq maraqlara malikdir Bu gün, 13:48 Tramp: Putinlə Ukraynadakı münaqişənin başa çatmasını istəyirik Bu gün, 13:48 Ürək sağlamlığını qoruyan qidaların adları açıqlanıb Bu gün, 13:48 30 ildir sevgili olsalar da, ayrı evlərdə yaşayırlar Bu gün, 13:48 Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib Bu gün, 13:48 Prezident İlham Əliyev: Azərbaycan Vətən müharibəsi dövründə möhkəm və ədalətli mövqeyinə görə Vyetnama dərindən minnətdardır Bu gün, 13:48 Prezident: Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir Bu gün, 13:48 Prezident İlham Əliyev: Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir Bu gün, 13:48 Azərbaycan Prezidenti: Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir Bu gün, 13:48 Prezident İlham Əliyev: Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır Bu gün, 13:48 Hikmət Hacıyev: Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerinin açıqlanmasını gözləyirik Bu gün, 12:48 ASCO-nun "Xocalı" gəmisi Çində texniki yoxlamadan keçdi, sertifikatları yeniləndi Bu gün, 12:48 Xəzərdə suyun geri çəkilməsi bəzi hallarda 800 metrə çatır Bu gün, 12:48 Bakının sahilboyu əraziləri ilə bağlı YENİ QƏRAR: Zonalar ictimaiyyətə açıq olacaq Bu gün, 12:48 Azərbaycan Xəzərin sahilboyu ərazilərinin idarə olunması ilə bağlı xarici təcrübəni öyrənir Bu gün, 12:48 Qurban Qurbanovdan onun rekordunu qıran Emin Mahmudovla bağlı açıqlama Bu gün, 12:48 Yusuf Güneyin 10 ilə qədər həbs olunması tələb edilir Bu gün, 12:48 Tramp, Si Cinpin və Putinin üçtərəfli görüşü başlayıb Bu gün, 12:48 Bakıda qış hazırlığı başladı - Bu rayonlarda qarla mübarizə üçün tapşırıqlar verildi Bu gün, 11:48 Rəhimdən danışan şairə: "Xərçəng olduğuna inana bilmirdi, həkimə getmək istəmirdi" Bu gün, 11:48 DTX rəsmisi: Azərbaycanın informasiya resursları kiberhücumlara məruz qalıb Bu gün, 11:48 Alen Simonyan Azərbaycana səfər edəcək Bu gün, 11:48 Tramp və Si Cinpin arasında görüş başa çatıb Bu gün, 11:48 BDU-ya rektor təyin edilən Məleykə Abbaszadənin DOSYESİ Bu gün, 11:48 Pensiya alanlara ŞAD XƏBƏR! Bu tarixdə ÖDƏNİLƏCƏK Bu gün, 11:48 Nərman Qocatürkün meyiti tapıldı Bu gün, 11:48 Azərbaycanda şagirdlərin sayı 20 mindən çox azalıb Bu gün, 11:48 Şöbə müdiri: "Xəzərin sahilində 3 227 qanunsuz tikili aşkarlanıb" Bu gün, 11:48 "Yaprak Dökümü"nün qaynana və gəlini 20 il sonra bir arada Bu gün, 11:48 Məleykə Abbaszadə BDU-nun ilk qadın rektoru oldu Bu gün, 11:48 Dəhşətli qəzada ölənlər tanınmış aşığın oğlu və nəvələri imiş Bu gün, 10:48 Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq Bu gün, 10:48 Vredestein də Azərbaycanda Radius-u seçdi! Bu gün, 10:48 Si Cinpin və Tramp Şençjendə görüşüblər Bu gün, 10:48 Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib Bu gün, 10:48 Məleykə Abbaszadə DİM-in sədri vəzifəsindən azad edilib, BDU-nun rektoru təyin olunub Bu gün, 10:48 Gürcüstanın DTX-nin rəisi Bakıdadır Bu gün, 10:48 Sürücülərin NƏZƏRİNƏ! Bakıda bir neçə əsas yolda hərəkət məhdudlaşdırılacaq Bu gün, 10:48 Gəncədə köməksiz qalan 75 yaşlı qadın xilas edilib Bu gün, 10:48 Türkan Şorayın kürəkəni ilə görüşməyi gündəm oldu Bu gün, 10:48 Yasamal, Nizami və Xəzər rayonlarında qışa hazırlıqla bağlı müşavirə keçirilib Bu gün, 10:48 Rəsmi Bakı Fransanı Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağırıb Bu gün, 09:48 Vəkil Orxan Kəngərli narkotiklə saxlanıldı Bu gün, 09:48 Qısqanclıq zəminində həyat yoldaşını döyən şəxs cərimələndi Bu gün, 09:48 Ağdamın iqtisadiyyatı Zəfərdən sonra 8 dəfə böyüyüb Bu gün, 09:48 Xankəndi stadionunda yenidənqurmadan sonra ilk rəsmi futbol matçı keçiriləcək Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR