16-11-2025, 14:48 295

Gələn il Azərbaycanda notbukların qiyməti artacaq?

Yaxın aylarda kompüter və notbukların kəskin bahalaşacağı ilə bağlı iddialar var.

Satıcılar yaxın aylarda qiymətin artacağı ilə bağlı iddiaları təsdiq eləməsələr də, yeni ildə istehsal olunan modellərin ənənəvi olaraq baha olacağını bildirdilər.

BAKU.WS xəbər verir ki, Əlövsət adlı mağaza sahibi Oxu.Az-a bildirib ki, smartfonlardan sonra notbuk və kompüterlərin satışı kəskin azalıb: bu azalma tendensiyası ilbəil güclənir. Odur ki qiymətlərin artacağını gözləmirəm".

Əsasən Çindən kompüter gətirdiklərini deyən mağaza sahibi əlaqədə olan xarici partnyorların da qiymət artımı gözləmədiyini sözlərinə əlavə edib.

Amma nüfuzlu bazar araşdırmaları mərkəzləri kompüterlərin bahalaşacağını proqnozlaşdırırlar. Onların fikrincə kompüter bazarında qiymətlərin necə dəyişəcəyini anlamaq üçün əsas amillərdən biri süni intellektin (AI) yaddaş alətlərinə yaratdığı təzyiqlərdir. Mütəxəssislər bu təzyiqlərin PC (şəxsi kompüter) və notbukların qiymətinə dolayı yolla təsir etdiyini bildirirlər.

Kompüter qiymətini artıran əsas səbəb AI serverlərinə görə yaranan yaddaş qıtlığıdır.

Analitiklər DRAM (əməli yaddaş, yəni RAM) və NAND (daimi yaddaş, yəni SSD-nin daxili) bazarlarının 2025-2026-cı illərdə "AI super dövrü"nə daxil olduğunu müşahidə edirlər. Yaddaş istehsalçıları daha çox gəlir gətirdiyi üçün diqqətlərini AI serverlərində istifadə edilən xüsusi, çox sürətli yaddaş növü olan HBM-ə (High Bandwidth Memory) yönəldirlər.

Mütəxəssislər proqnozlaşdırırlar ki, 2026-cı ildə DRAM üçün təchizatda 1.8 faiz, NAND üçün isə 4 faiz çatışmazlıq yaranacaq. PC-lərdə istifadə edilən DRAM yaddaşlarının müqavilə qiymətləri 2025-ci ilin dördüncü rübü üçün 15-20 faizə qədər artım göstərir. NAND qiymətlərində isə 5-10 faiz artım gözlənilir.

Yaddaş komponentlərinin bahalaşması PC istehsalçılarının xərclərini artırır və onlar bu xərci istehlakçıların üzərinə yükləməyə çalışırlar.

PC-lərin orta satış qiymətində 2026-cı ildə 5-10 faiz artım ehtimalı realdır. Lakin yaddaş bazarındakı güclü təzyiqlər nəzərə alınaraq, bu artım 10-15 faizə qədər yüksələ bilər.

Analitik şirkətlər proqnozlaşdırırlar ki, 2026-cı ildə satılan kompüterlərin 50 faizdən çoxu AI PC (daxilində süni intellekt tapşırıqları üçün xüsusi çip olan yeni nəsil kompüterlər) modelləri olacaq. Bu yeni modellərin bazarda üstünlük təşkil etməsi ümumi qiymət səviyyəsini yuxarı çəkəcək.

Bahalaşma fonunda Çin və Hindistan kimi ölkələrin bazara kəskin ucuz alternativlər çıxarmaq imkanları məhduddur. Bu ölkələr hələ də əsas komponentlərə görə qlobal təchizat zəncirindən asılıdırlar. Ucuzlaşma yalnız büdcə və təhsil seqmentində aşağı performanslı modellər təklif etməklə reallaşa bilər, lakin qlobal tendensiyanı dəyişmək gücündə deyil.

Proqnozlara görə, 2026-cı ildə qlobal PC satış həcmi (ədəd sayı) 2025-ci ilin yüksək göstəricisi ilə müqayisədə bir qədər yavaşlayacaq. IDC kimi təhlil şirkətləri 2026-cı ildə qlobal PC satışının 265-270 milyon ədəd civarında olacağını proqnozlaşdırır. Lakin satılan cihazların əksəriyyəti daha bahalı AI PC-lər olacağı üçün bu seqmentin ümumi gəlir həcmi artmaqda davam edəcək.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR