
Tovuz rayonunda bir ailənin 4 üzvü qidadan zəhərlənib.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü V.Əhmədli, 1986-cı il təvəllüdlü R.Əhmədli, onların övladları 15 yaşlı D.Əhmədli və 12 yaşlı B.Əhmədliyə qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Zərərçəkənlərə tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir.
Onların pendirdən zəhərləndikləri güman edilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.