
Azərbaycanın iki idmançısı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıblar.
AVESTA.AZ xəbər verir ki, uşu-sandada Elçin Eminov 60 kq çəki dərəcəsində bürünc mükafata sahib çıxıb.
Bundan başqa, taekvondoçumuz Qaşım Maqomedov 60 kq çəki dərəcəsində üçüncü yerə çıxıb.
Xatırladaq ki, Q.Maqomedov 2024-cü il Yay Olimpiya Oyunlarında gümüş medal qazanmışdı.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.