18-11-2025, 12:48 389

Azərbaycanda nağdsız ödənişlər 10 dəfə artıb - STATİSTİKA

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı son beş ildə, hər ilin sentyabr ayının sonuna olan vəziyyət üzrə ardıcıl artım nümayiş etdirib.

Media Təhlil Mərkəzindən (MTM) BAKU.WS-ə verilən məlumata görə, 2021-ci ilin sonunda dövriyyədə 10 841 662 ədəd ödəniş kartı olub.

2022-ci ilin sentyabr ayının sonuna olan məlumata əsasən, ölkədə dövriyyədə olan kartların sayı 13 194 261-ə yüksəlib. Bu, əvvəlki illə müqayisədə 21,7% və ya 2 352 599 ədəd artım deməkdir.

2023-cü ilin sentyabr göstəricilərinə görə, dövriyyədə olan ödəniş kartlarının sayı 15 938 960 olub. Bu nəticə bir il ərzində kart sayının 20,8% artdığını və ya 2 744 699 ədəd əlavə kartın istifadəyə daxil olduğunu göstərir.

2024-cü ilin sentyabrında dövriyyədəki kartların sayı daha da artaraq 18 923 497-yə çatıb. Bu, əvvəlki illə müqayisədə 18,7% və ya 2 984 537 ədəd artım deməkdir.

2025-ci ilin sentyabr ayının sonuna olan məlumatlar da artım tendensiyasının davam etdiyini göstərir. Son bir ildə ödəniş kartlarının ümumi sayı 21 367 567-yə yüksəlib. Bu, 2024-cü illə müqayisədə 12,9% və ya 2 444 070 ədəd artım deməkdir.

Azərbaycanda nağdsız ödənişlər 10 dəfə artıb - STATİSTİKA

Son beş ilin yekun təhlili göstərir ki, 2021–2025-ci illər ərzində ölkədə dövriyyədə olan ödəniş kartlarının ümumi sayı 10 525 905 ədəd və ya 97,1% artıb.

Həm kredit, həm də debet kartlarının sayında bu dövrdə davamlı dəyişikliklər müşahidə olunub. Ümumi dinamika göstərir ki, kart bazarında əsas genişlənmə debet kartları üzrə baş verib, kredit kartlarında isə son ildə müəyyən azalma qeydə alınıb.

2021-ci ildə dövriyyədə olan kredit kartlarının sayı 1 303 225, debet kartlarının sayı isə 9 538 437 olub.

2022-ci ilin sentyabr ayının sonuna dair məlumatda kredit kartlarının sayının 1 727 420-yə yüksəldiyi görünür. Bu, əvvəlki illə müqayisədə 32,5% və ya 424 195 ədəd artım deməkdir. Eyni dövrdə debet kartlarının sayı 11 466 841-ə çatıb ki, bu da 20,2% və ya 1 928 404 ədəd artım deməkdir.

2023-cü ildə kredit kartları üzrə artım davam edib və dövriyyədə olan kredit kartlarının sayı 2 137 979-a çatıb. Bu, əvvəlki illə müqayisədə 23,8% artım və ya 410 559 əlavə kartın dövriyyəyə daxil olması deməkdir. Həmin il debet kartlarının sayı isə 13 800 981 olub ki, bu da bir il ərzində 20,4% və ya 2 334 140 kart artımı deməkdir.

2024-cü ilin sentyabr ayının sonuna olan göstəricilər kredit kartlarında artım tempinin zəiflədiyini göstərir. Bu dövrdə kredit kartlarının sayı 2 273 206 olub və əvvəlki illə müqayisədə cəmi 6,3% və ya 135 227 ədəd artım qeydə alınıb. Debet kartlarının sayı isə əvvəlki tempdə artaraq 16 650 291-ə yüksəlib. Bu, bir il ərzində 20,6% və ya 2 849 310 əlavə debet kartı deməkdir.

2025-ci ilin sentyabr ayının sonuna olan məlumatlara əsasən, son bir ildə kredit kartlarının sayında azalma müşahidə olunub. Kredit kartlarının sayı 2 116 255-ə düşüb ki, bu da əvvəlki illə müqayisədə 6,9% və ya 156 951 ədəd azalma deməkdir. Debet kartlarının sayı isə artım tendensiyasını davam etdirərək 19 251 312-yə çatıb. Bu göstərici bir il ərzində 15,6% və ya 2 601 021 əlavə debet kartının dövriyyəyə daxil olduğunu göstərir.

Azərbaycanda nağdsız ödənişlər 10 dəfə artıb - STATİSTİKA

Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlara əsasən, son beş ildə ölkədaxili nağdsız ödənişlərin həcmi yanvar–sentyabr ayları üzrə davamlı və yüksək artım nümayiş etdirib. 2021-ci ilin ilk doqquz ayında nağdsız ödənişlərin ümumi həcmi 7,46 milyard manat təşkil edib. Növbəti illərdə isə bu göstərici əhəmiyyətli dərəcədə yüksəlib.

2022-ci ilin yanvar–sentyabr dövründə ölkədaxili nağdsız ödənişlərin həcmi 16,51 milyard manat olub. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 121,3% və ya 9,05 milyard manat artım deməkdir.

2023-cü ilin eyni dövründə artım tendensiyası davam edib və nağdsız ödənişlərin həcmi 33,23 milyard manat təşkil edib. Bu göstərici bir il ərzində 101,2% və ya 16,72 milyard manat artımı ifadə edir.

2024-cü ilin yanvar–sentyabr aylarında ölkədaxili nağdsız ödənişlərin həcmi daha da artaraq 55,95 milyard manata çatıb. Bu, əvvəlki il ilə müqayisədə 68,4% və ya 22,72 milyard manat çoxdur.

2025-ci ilin eyni dövrü üzrə açıqlanan rəqəmlər də artımın davam etdiyini göstərir. Cari ildə nağdsız ödənişlərin həcmi 72,23 milyard manat təşkil edib ki, bu da bir il ərzində 29,1% və ya 16,28 milyard manat artım deməkdir.

Ümumi dinamika göstərir ki, ölkədə nağdsız ödənişlərin həcmi hər il ardıcıl olaraq artır. Bu tendensiya bank sektorunun sürətli rəqəmsallaşması, elektron alış-veriş platformalarının geniş yayılması və vətəndaşların nağdsız ödəniş üsullarına daha çox üstünlük verməsi ilə izah olunur.

Azərbaycanda nağdsız ödənişlər 10 dəfə artıb - STATİSTİKA

Paylaş

Xəbər lenti

Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR