
Cəlilabad şəhərində yerləşən beş kanalizasiya nasos stansiyasının istismarının bərpası ilə bağlı geniş həcmli işlərin görülməsi üçün tender elan olunub.
BAKU.WS-in məlumatına görə, satınalmanı Regional Su Meliorasiya Xidməti həyata keçirəcək.
Layihənin dəyəri 352,2 min manat təşkil edir. Tender Cəlilabad şəhərinin kanalizasiya infrastrukturunun yaxşılaşdırılmasına və nasos stansiyalarının dayanıqlı fəaliyyətinə yönəlib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.