Bu gün, 00:48 74

Ağdamın işğaldan azad edilməsindən 5 il ötür

Ağdamın işğaldan azad edilməsindən 5 il ötür.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da başa çatıb. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib.

Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atıb. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.

Bəyanatın 2-ci bəndinə əsasən, Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi 20 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasına qaytarılıb. Bununla da, Ağdamın 27 illik işğalına son qoyulub.

Bəyanatın 6-cı bəndinə əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib. Azərbaycan Ağdamın, eləcə də Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.

Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev 20 noyabr 2020-ci ildə xalqa müraciət edib. Prezident müraciətində Ağdam rayonunun işğaldan azad olunmasının noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsi olduğunu bildirib. Ağdam rayonunun işğaldan azad olunmasını tarixi hadisə adlandıran dövlət başçısı rayonun 73 faizinin 27 il işğal altında qaldığını qeyd edib.

Prezident İlham Əliyev vurğulayıb ki, Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olub. Ali Baş Komandan bəyan edib ki, Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı.

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, 20 noyabr - Ağdam Şəhəri Günüdür.

Qeyd edək ki, Ağdamın işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında "Ağdamın azad olunmasına görə" medalı təsis olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə Ağdamın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib.

Xatırladaq ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənistan işğal müddətində Ağdam şəhərini və rayonun yaşayış məntəqələrini talayıb, darmadağın edib, tarixi, mədəni, dini abidələr, qəbiristanlıqlar yer üzündən silinib. 2001-ci ildə işğal altında olan ərazilərə səfər edən məşhur amerikalı jurnalist və yazıçı Tomas de Vaal dağıdılmış məscidin minarəsindən ziyarət edərkən dağıntıların miqyasına görə, Ağdamı 1945-ci ildə ABŞ-ın atom bombası atması nəticəsində dağılmış Yaponiyanın Xirosima şəhərinə bənzədib. Bundan sonra Ağdam "Qafqazın Xirosiması" adlandırılıb.

Paylaş

Xəbər lenti

Doqquzmərtəbəli binalarda quraşdırılacaq liftlərin sayı artırılacaq - SƏRƏNCAM Bu gün, 17:48 DSMF-nin gələn ilki büdcəsi I oxunuşda qəbul edilib Bu gün, 17:48 Rusiya böyük beynəlxalq futbol turnirinə ev sahibliyi etməyə hazır olduğunu bəyan edib Bu gün, 17:48 DÇ-2026: Türkiyə millisinin pley-offdakı rəqibi bəlli oldu Bu gün, 17:48 Azərbaycanda daha 54 nəqliyyat vasitəsi hərraca çıxarılacaq Bu gün, 17:48 MM yaşayış minimumu və ehtiyac meyarının 300 manat olmasını I oxunuşda qəbul edib Bu gün, 17:48 70 min manatlıq mənimsəmədə ittiham edilən Tofiq Xanəliyev azadlığa buraxıldı Bu gün, 17:48 Gələn il Azərbaycanda 450 minə yaxın şəxs aktiv məşğulluq tədbirlərinə cəlb olunacaq Bu gün, 17:48 Keçmiş bankirin oğlu yenidən həbs olundu - yarım milyonluq DƏLƏDUZLUQ Bu gün, 17:48 Valideynlərin NƏZƏRİNƏ - Xəstəlikdən sağalan uşaq məktəb və bağçaya bu halda getməlidir Bu gün, 17:48 AZAL "Leonardo" radar sistemlərinin alınmasına dair müqavilə imzalayıb Bu gün, 17:48 Parlament prospektində hərəkət birtərəfli təşkil edilib Bu gün, 17:48 Hakim olmaq istəyənlərin DİQQƏTİNƏ! İmtahan tarixi... Bu gün, 17:48 Suriya DİN milyonlarla vətəndaş üçün ölkəyə giriş qadağasını ləğv edəcək Bu gün, 17:48 Tanınmış müğənni də "Survivor"a qatılacaq - Acun açıqladı Bu gün, 16:48 Türkiyədə qanunsuz mərc oyunlarına görə cəzalandırılan futbolçu məşhur müğənninin qardaşı imiş Bu gün, 16:48 Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı Bu gün, 16:48 Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır Bu gün, 16:48 Pensiyaya daha tez çıxmaq istəyən qadınlara SEVİNDİRİCİ XƏBƏR Bu gün, 16:48 Trampın Ronaldo ilə "Ağ Ev matçı" - Süni intellekt videosu gündəm yaratdı Bu gün, 16:48 Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Bu gün, 16:48 Ramiz Mehdiyevin cinayət işində yeni DETALLAR Bu gün, 16:48 Masazırda keçmiş nişanlısının qapısını sındırmağa çalışan şəxs SAXLANILDI Bu gün, 16:48 Mikayıl Cabbarov Gideon Saar ilə birgə strateji layihələri müzakirə edib Bu gün, 15:48 Sabiq icra başçısının cəzaçəkmə yeri dəyişdirildi Bu gün, 15:48 Azərbaycanda avtomobl nömrələri ilə bağlı YENİ QƏRAR Bu gün, 15:48 Müəllimini aldadıb 355 min manatını ələ keçirdi Bu gün, 15:48 "Ailəsi onu yanına götürmədi" - 16 yaşlı Nurcanın son görüntüləri... Bu gün, 15:48 Avtoyuma məntəqəsindən BYD qaçırıb qəza törətdi Bu gün, 15:48 Ekstrasensin "zəlzələ xəbərdarlığı" panika yaratdı - RSXM-dən rəsmi açıqlama Bu gün, 15:48 Bu küçədə avtomobillərin hərəkəti tam MƏHDUDLAŞDIRILACAQ Bu gün, 15:48 TƏBİB: "Bəzi tibb müəssisələrində stomatoloqa il ərzində bir nəfər belə müraciət etmir" Bu gün, 15:48 Nazir: Gələn il DSMF əhaliyə builikindən 8 milyard manatdan çox vəsait ödəyəcək Bu gün, 15:48 Uçuş aparatı ilə 33 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb Bu gün, 15:48 Yüzilliyin sonunadək sahillərin yarısı YOX OLA BİLƏR - XƏBƏRDARLIQ Bu gün, 14:48 YouTube köhnə funksiyasını geri qaytarır Bu gün, 14:48 Növbəti köç karvanı Hadruta çatıb Bu gün, 14:48 Elçin Mirzəbəyli YAP-a üzv olub? Bu gün, 14:48 Əlilliyi olan və imtiyazlı şəxslərin sanatoriya-putyovka təminatında yeni imkanlar təsdiqləndi Bu gün, 14:48 Bakıda 27 yaşlı oğlanın kanalizasiyaya düşüb ölməsi ilə bağlı sahə rəisi məsuliyyətə cəlb edilib Bu gün, 14:48 Günəşdən nəhəng ölçüdə protuberans ayrıldı - ANBAAN VİDEO Bu gün, 14:48 Mədəniyyət Nazirliyinin rəsmisi barədə ŞOK İDDİA: Müəyyən məbləğlər tələb edirdi Bu gün, 14:48 Göyçayda evlərdən oğurluq edən şəxs həbs olunub Bu gün, 14:48 Pensiya ilə bağlı əhaliyə ŞAD XƏBƏR Bu gün, 13:48 Gələn ilin büdcəsi I oxunuşda qəbul edilib Bu gün, 13:48 Azərbaycanın zədələnən FIFA referisinin durumu müəyyənləşib Bu gün, 13:48 Hadruta növbəti köç karvanı yola salınıb Bu gün, 13:48 Sözünün arxasında dayanan bürclər açıqlanıb Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR