20-11-2025, 12:48 192

Gələn il fəsillər Azərbaycana bu vaxtlarda daxil olacaq

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası 2026-cı ildə fəsillərin Azərbaycana daxilolma vaxtlarını açıqlayıb.

AVESTA.AZ xəbər verir ki, gələn il yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 18:45:53-ə təsadüf edəcək.

Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 38 dəqiqə 28 saniyə olacaq.

Yay fəsli (Yay günəş duruşu) Azərbaycana iyunun 21-i Bakı vaxtı ilə saat 12:24:26-da daxil olacaq. Bu zaman Şimal yarımkürəsində astronomik yay fəsli, Cənub yarımkürəsində isə qış fəsli başlayır. Bu hadisə zamanı Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gəlir. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatır. Bakıda Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73.1°) olur. Həmin gün ilin ən uzun gündüzü və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 03 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq. Yay fəslinin uzunluğu 93 gün 15 saat 40 dəqiqə 42 saniyə təşkil edəcək.

Gələn il payız fəslinin Azərbaycana daxil olması sentyabrın 23-ü Bakı vaxtı ilə saat 04:05:08-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayır. Payız fəslinin uzunluğu 89 gün 21 saat 45 dəqiqə 01 saniyə olacaq.

2026-cı ildə qış fəsli Azərbaycana Bakı vaxtı ilə dekabrın 22-si saat 00:50:09-da daxil olacaq. Bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ilin ən qısa gündüzü və ən uzun gecəsi müşahidə olunacaq. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə olacaq. Fəslin uzunluğu 88 gün 23 saat 34 dəqiqə 27 saniyə təşkil edəcək.

Paylaş

Xəbər lenti

Sabiq millət vəkili vəfat edib Bu gün, 12:48 Hantavirusun yayıldığı kruiz gəmisi yenidən səfərə çıxır Bu gün, 12:48 "Fənərbağça" Levandovski üçün HƏRƏKƏTƏ KEÇDİ - 2 il üçün MİLYONLAR Bu gün, 12:48 TƏBİB-də yeni təyinat: Departament rəhbəri dəyişdi Bu gün, 12:48 Aziz Yıldırım "Mançester Siti"dən futbolçu almaq üçün İngiltərəyə yollandı Bu gün, 12:48 Azərbaycanlı qadın 7 yaşlı oğlunu qətlə yetirdi Bu gün, 12:48 20 ballıq cərimə limiti artırılır? Bu gün, 12:48 SOCAR ABŞ şirkəti ilə "yaşıl enerji" keçidində əməkdaşlıq edə bilər Bu gün, 12:48 Mətanət İsgəndərlinin qızı konsertində aparıcı oldu Bu gün, 12:48 Komitə rəsmisi: Azərbaycanda erkən nikahlar əvvəlki illərlə müqayisədə 5-6 dəfə azalıb Bu gün, 12:48 Baş həkim öz istəyi ilə İŞDƏN ÇIXARILDI Bu gün, 12:48 Sabah bəzi yerlərdə yağış və dolu yağacaq Bu gün, 12:48 Qazaxıstanda hərbi pilotsuz uçuş aparatı qəzaya uğrayıb Bu gün, 12:48 Bakı şəhərinin su təchizatı ilə bağlı iki pilot layihə həyata keçirilir Bu gün, 12:48 Omeqa-3 hər kəs üçün faydalı deyil? - Həkimlərdən vacib xəbərdarlıq Bu gün, 11:48 Fuad Çıraqova yüksək VƏZİFƏ VERİLDİ Bu gün, 11:48 İradəni öldürən biznesmen cəzadan azad edildi Bu gün, 11:48 Havanın kəskin dəyişməsi ölüm riskini artırırmış - Nə etməli? Bu gün, 11:48 Məşhurların axın edəcəyi TOYA 62 MİLYON XƏRCLƏNƏCƏK Bu gün, 11:48 İlon Maskın rədd etdiyi transseksual qızı ilə Rihannanı nə birləşdirir? Bu gün, 11:48 Nuranə Babayeva vəzifəsindən ayrıldı Bu gün, 11:48 Xətai rayonunda marketi talayan şəxslər saxlanılıb Bu gün, 11:48 Tramp: İran-ABŞ razılaşması gələn həftə yekunlaşa bilər Bu gün, 11:48 Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları mayda 2 % artıb Bu gün, 11:48 Azərbaycanda pul bazası mayda 3 %-dən çox artıb Bu gün, 11:48 Rəcəb Tayyib Ərdoğan 10-cu dəfə baba oldu Bu gün, 11:48 56 aptekdən 18-ində nöqsanlar aşkarlanıb Bu gün, 11:48 Kahı yükünün içərisindən 22 kiloqramdan çox marixuana aşkarlanıb Bu gün, 11:48 "Arsenal" mövsüm öncəsi heyətini gücləndirir Bu gün, 10:48 SOCAR-ın prezidenti: "Etibarlı təchizat mənbələrinə tələbat yaxın illərdə daha da artacaq" Bu gün, 10:48 Neftimizin qiyməti 104 dolları keçib Bu gün, 10:48 Sabunçuda təhlükəli manevr zəncirvari qəzaya səbəb oldu Bu gün, 10:48 BP: "Şahdəniz"in ehtiyatları təkcə Britaniyanı 10 il enerji ilə təmin etməyə kifayətdir Bu gün, 10:48 Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub" Bu gün, 10:48 Məşhur aparıcı maaşını ala bilmədiyinə görə "Space TV"dəki işindən ayrıldı Bu gün, 10:48 Lənkəranda saat 10:00-dan 11:30-dək işıq OLMAYACAQ Bu gün, 10:48 SOCAR Azərbaycanda süni intellekt və data mərkəzi yaradacaq Bu gün, 10:48 Srücülərə ŞAD XƏBƏR! İki ünvanda minib-düşmə yeri yaradılıb Bu gün, 10:48 İlham Namiq Kamalın oğlunun toyundan görüntülər Bu gün, 10:48 "13 həftə, 13 avtomobil" kampaniyasına start verildi Bu gün, 10:48 Yay fəsli Azərbaycana 21 iyunda daxil olacaq Bu gün, 10:48 Sürücülərin NƏZƏRİNƏ: Mühərrik yağları kəskin bahalaşdı Bu gün, 09:48 PSJ rəhbərliyi Luis Enrikedən razıdır: "O, dünyanın ən yaxşı məşqçisidir" Bu gün, 09:48 Bakı Enerji Forumuna bu gün yekun vurulur Bu gün, 09:48 Samuxda Kür çayının yaxınlığında gənc oğlanın meyiti tapılıb Bu gün, 09:48 Küləklə bağlı nazirlikdən XƏBƏRDARLIQ Bu gün, 09:48 Bakı-Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc ölüb Bu gün, 09:48 Rövşən Nəcəf: "Azərbaycan qaz hasilatını artıraraq tərəfdaş ölkələrə tədarükü genişləndirəcək" Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR